“Ərdoğanın Azərbaycana səfəri birgə planının ifadəsidir” – AKTUAL
Fidan Həmişəyeva
14:02 25.05.2021
Aktual
766
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda Azərbaycana gələcək. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib. O, bildirib ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahic Oruc Ərdoğanın ölkəmizə gəlişinin dünyaya verdiyi mesajlar barədə fikirlərini “Sherg.az”la bölüşüb.
Parlament üzvü bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər elə bir zirvədədir ki, burada fərqli və beynəlxalq alternativlər axtarmalıyıq:
“Hər kəsə bəllidir ki, anqlosaks ölkələri arasında dərin ittifaqlar var. O cümlədən Böyük Britaniya və ABŞ uzun illərdir ki, qlobal siyasətdə hökmranlığı həyata keçirir. Həmçinin Asiya İttifaqında belə nümunələr var. Lakin heç biri Azərbaycan və Türkiyə münasibətlərinə bənzəmir. Həqiqətən də bunun tarixi əsasları, mədəni kökləri, eyni millətdən qaynaqlanması danılmazdır. Prezident İlham Əliyev və hörmətli Rəcəb Tayyip Ərdoğan ötən 15-20 il ərzində elə bir münasibətlər formalaşdırdılar ki, həqiqətən də palitoloji dillər və strateji tərəfdaşlıq şuralarının yaradılması ilə müşayiət olundu. İki ölkə arasında verilən qərarlar, hərbi, siyasi, mədəni, mənəvi və beynəlxalq məkanda birgə manəfelərin qorunması yönündəki tədbirlər sanki vahid mərkəzdə qəbul olunur”.
Z.Oruc qeyd edib ki, Ərdoğanın Azərbaycana və qarşıdakı dönəmlərdə Şuşaya səfəri Türkiyə və Azərbaycan arasında bölgənin gələcəyinə dair birgə planların ifadəsidir:
“Bu səfər qətiyyən üçüncü dövlətlərə qarşı yönələn hərbi həmlələr və ərazi iddiaları üçün nəzərdə tutulmur. Çünki müxtəlif informasiya kanallarında hansısa məsələyə dair çoxlu ajiotajlar yaşanır”.
Parlamentari vurğulayıb ki, bu gün bölgədə birləşdirici gücü ərsəyə gətirmək istəyən məhz Türkiyə ilə Azərbaycandır:
“İstər İran, istər Rusiya, istərsə də Gürcüstanla müxtəlif geopolitik layihələrin həyata keçirilməsi məhz iki dövlətin təşəbbüsü ilə meydana gəlib.
Səfərin 28 May ərəfəsində baş tutacağına dair qeyri-rəsmi məlumatlar yayılıb. Bu, o anlama gəlir ki, həqiqətən də Azərbaycanın müstəqilliyi, Cümhuriyyət varlığı, dövlət bütünlüyü, ərazisinin tamlığı Türkiyənin gücünü artırır.
Yaxud da əksinə, bu gün qardaş ölkənin regional və beynəlxalq siyasətdə avtoriteti gücləndikcə, qərb dövlətləri ona basqılar etməyə çalışır. Lakin artıq 1990-cı illərin Türkiyəsi və Azərbaycanı deyilik. Müttəfiqlərimiz və tərəfdaşlarımız yetərincə çoxdur.
Belə olan təqdirdə Ərdoğan və Əliyevin Şuşa, Qarabağ, Azərbaycanın bütövlüyü və regionun gələcəyi üçün birgə missiyası davam edir. Onların buna haqqı var. Türkiyə Azərbaycana mənəvi, mədəni, milli və siyasi əlini uzadaraq, həmçinin hərbi gücümüzlə əldə etdiyimiz qələbəmizdə rol oynayıb.
Bir millət olaraq qardaşlarımızın bizə olan xeyirxahlıqlarını və dürüstlüklərini heç vaxt unutmarıq. Hesab edirəm ki, Bakıdakı hərbi parad gələcəkdə Şuşada keçiriləcək. Ümidvarıq ki, bu zəmində hər iki dövlət rəhbəri qələbədə iştirakı olan və canını qoyan şəhidlərimizin ruhunu yad edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya