
Erməni diasporu ilə Nikol Paşinyan arasında fikir ayrılıqları mövcuddur -Politoloq
13:28 17.02.2025
Aktual
689
Almaniyada fəaliyyət göstərən erməni diaspor təşkilatları Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün bu ölkəyə səfər edən Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməkdən imtina ediblər. Bu barədə Almaniya Erməniləri Mərkəzi Şurasının İdarə Heyətinin sədri Conatan Şpangenberq deyib. Onun sözlərinə görə, Erməni yeparxiyası, 16 kilsə ittifaqı, Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və ya onun üzvü olan hər hansı ictimai təşkilat, “Ermənistan” fondu, Erməni Hüquqşünaslar İttifaqı, Erməni Həkimlər İttifaqı, Ermənistan Peşəkarlar İttifaqı, Ermənistan Sahibkarlar İttifaqı, Erməni Ümumi Xeyriyyə İttifaqı, Ermənistan Akademiklər İttifaqı, Erməni Yardım Cəmiyyəti, müxtəlif erməni gənclər ittifaqları və digər təşkilatlar Paşinyanla görüşməkdən imtina ediblər. Şpangenberq bildirib ki, heç bir tanınmış tanınmış şəxs və ya intellekt orada olmayıb. Yalnız Münhen Erməni İttifaqının idarə heyətinin yeni seçilmiş bir üzvü iştirak edib”. Qeyd edək ki, Nikol Paşinyan Münhen Təhlükəsizlik Konransında iştirak üçün bu ölkəyə getmişdi.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Erməni diasporu ilə Nikol Paşinyan və onun administrasiyası arasında fikir ayrılıqları mövcuddur:

“Ermənistanın 44 günlük müharibə zamanı "Artsaxa" dəstək verməməsi və separatçıların məğlubiyyətə uğraması, daha sonra ermənilərin Qarabağı tərk etməsində diaspor Nikol Paşinyanı günahlandırır. Onlar düşünürlər ki, Paşinyan yetərincə dəstək olsaydı, “Arsax” ayaqda qalardı. Əslində Paşinyan bu məsələdə kifayət qədər mövqe sərgiləyib və Qarabağa ermənilərini qorumağa çalışıb. Amma diaspor bunu qəbul etmək istəmir. Eyni zamanda hazırda Ermənistanın rəsmi Bakının şərtlərini qəbul etməsi və sülhə belə yaxın olması diasporu ciddi şəkildə narahat edir. Erməni lobbisi və diasporası illərdir ki, Avropa, Amerikada və digər coğrafi məkanlarda başlıca olaraq erməni soyqrımı, “Arsax” istiqamətində propaqanda siyasəti aparıblar. Hətta bir çox hallarda toplanan iyanələr, dotasiya və digər maliyyə məsələləri də məhz bundan qaynaqlanırdı”.
Ekspert qeyd edib ki, indi isə diasporun fəaliyyətinin davamlılığı şübhə altındadır:
“Çünki Azərbaycan və Ermənistan münaqişəsi bitmək üzrədir. Son iki məsələnin müzakirəsi yekunlaşarsa, Ermənistan və Azərbaycan arasında faktiki olaraq sülhün əldə edilməsi istiqamətində heç bir maneə qalmayacaq. Əgər sülh olarsa, bu xalqların barışması istiqamətində addımların başlamasına gətirib çıxacaraq. Belə olan halda bu həm diaspor və lobbinin yüz ildən artıq davam etdiyi sistemin çökməsi, həm də erməni dövlətindən daha qədim olan ideologiyanın çökməsi deməkdir. Diaspor isə bunun fərqindədir və ona görə də Paşinyana belə reaksiya göstərir. Nikol Paşinyan hakimiyyətdə olsun və yaxud başqası Qarabağ sonsuza qədər işğalda qalmayacaqdı. Azərbaycan həmin əraziləri onsuz da işğaldan azad edəcəkdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya