
Erməni təxribatı! - Bu nə ilkdir, nə də son! – “Noyabr bəyannaməsi icra olunmalıdır"
Yusif Nəzərli
12:08 07.02.2022
Aktual
722
Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Məlumata əsasən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib.Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov erməni silahlı dəstələrinin Tərtər təxribatından “Sherg.az”a danışarkən bildirib ki, bu separatçıların təkcə öz ağlının məhsulu deyil. Onlar müəyyən qüvvələrin göstərişlərə uyğun hərəkət edirlər:
“Bununla təbii ki heç nəyə nail ola bilməyəcəklər. İndi sadəcə olaraq darmadağın olmuş ordularının hələ də həyatda olduğunu göstərməyə çalışırlar.Bu da müvəqqəti xarakter daşıyır”.
Ü.Cəfərov Azərbaycan ordusunun separatçıları da, onların əlatlılarını da məhv etməyə gücü olduğunu vurğulayıb:
“Biz hazırda məsələnin kökünü bir qədər başqa istiqamətə yönəltməliyik. Sülhməramlıların 10 noyabr bəyannaməsinin dörüdüncü bəndinin yerinə yetirilməsinə köklənməliyik ki, onlar bu məsələni tezliklə həll etsinlər.
Nə qədər ki bu məsələ həllini tapmayıb belə təxribatların da çox şahidi olacayıq”.
Hərbi jurnalistə görə, hazırda düşmən bundan sonra nəyəsə nail olacağına dair eyforiyaya qapılır. Ona görə də ruslarla yeyib-içib bizim mövqelərə atəş açır:
“Bu onların nə ilk, nə də son təxribatıdır. Bundan sonra da belə cılız işlər görəcəklər. Biz daha da diqqətli olmalı,əsgərlərimizi, eləcə də mülki əhalimizi düşmənin belə yaramaz təxribatlarından qorumağa çalışmalıyıq”.
Ü.Cəfərov diqqətə çatdırıb ki, hazırda Azərbaycan ordusunun Hadrutdakı komandolarının döyüş hazırlığı erməni qüvvələri bir neçə günə, hətta bir neçə saata yer üzündən silə biləcək səviyyədədir:
“Onlar ağıllarını başına yığmasalar, təbii olaraq Azərbaycan ordusunun daha sərt cavabını görəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət