Ermənistan havadarları son kartı oynamaq istəyirlər
Yusif Nəzərli
08:03 18.10.2023
Aktual
418
Bu məsələ Ermənistana gedən ermənilərin yenidən geri qaytarılmasıdır
"Azərbaycan suverenliyini bərpa etdikdən sonra da erməni amili üzərindən bölgədəki maraqlarını tətbiq etməyə çalışan qüvvələr planlarından əl çəkmirlər".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, həmin qüvvələr növbəti, həm də son hesab edilə biləcək kartı oynamaq istəyirlər:
"Bu məsələ Ermənistana gedən ermənilərin yenidən geri qaytarılmasıdır. Rusiyanın öz, Qərbin öz maraqları var. Lakin hər iki tərəf siyasi oyunu eyni alət üzərində qurur. Daha çox erməninin qayıtması Moskva üçün sülhməramlı kontingentinə ehtiyacın olması deməkdir. Qərb ölkələri, xüsusilə Fransanın başçılıq etdiyi cəbhə “beynəlxalq missiya” adı altında Qarabağa daxil olmaq, rusların yerini tutmaq istəyir. Fransa “Ermənilərin Qarabağa qayıtması” məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa və bununla bağlı qətnamənin qəbul edilməsinə də hazırlaşır. İstisna deyil ki, qarşıdakı dövrdə ermənilərin qayıtması məsələsi üzərindən Azərbaycana qarşı kampaniyanı genişləndirməyə də çalışacaqlar. Lakin bu planların perspektivi görünmür".
Analitik qeyd edib ki, işğal dövründə yaşadıqları ərazilərdə Azərbaycan bayrağının dalğalanmasını görən ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəməyəcək:
"Çox az hissəsi geri qayıtmaq istəsə də Azərbaycan bayrağı altında Azərbaycan vətəndaşı olaraq yaşamalı olacaqlar. Bu, erməni əhalisi üzərindən separatizm planlarının qarşısını qanun çərçivəsində almaq imkanı verir. Əslində Prezident İlham Əliyev Xankəndidə bayraq qaldırmaqla yeni oyun qurmaq istəyən tərəfləri qabaqlamış da oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm