Ermənistan silahlanır! – Azərbaycan ordusuna “vur” əmri veriləcək? - AKTUAL
Yusif Nəzərli
14:28 16.11.2022
Aktual
883
“...Zəngəzur dəhlizinin açılması ləngiyəcək"
"Ordumuz əməliyyat şəraitini daim nəzarətdə saxlayır. Sülhə məcburetmə mexanizmlərinin işə salmaqla bağlı addımlar atıla bilər”
"Ermənilərdən yaxşı nəsə gözləmək doğru deyil. 30 illik işğal tarixinə nəzər salsaq, onlardan çox şey gözlədik. Nəticədə, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə güc göstərərək Qarabağı işğaldan azad etdi. Ortada Ermənistan, Azərbaycan, Rusiya arasında imzalanan üçtərəfli, 10 Noyabr bəyanatı var. Müvafiq müddəaların bəziləri yerinə yetirilib. Lakin bəzi öhdəliklər hələ də sazişin üzərində qalıb. Hələ qanunsuz silahlıların çıxarılmayıb, sərhədlər də müəyyənləşdilməyib".
Bunu "Sherg.az"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanovun qənaətincə, Azərbaycan tərəfi yürütdüyü müdrik siyasət nəticəsində erməniləri danışıqlarda diplomatiya dilinə sövq edə bilir:
"Ermənistanda revanşist qüvvələr yetəri qədər güclüdür, ölkə heç vaxt müstəqil olmayıb. Nikol Paşinyan hökumətinin tutduğu mövqe hiyləgər və dəyişkəndir. Xarici havadarların təsiri altındadır. Sülh müqaviləsinin bağlanmaması ermənilər və onun havadarlarının məqsədidir. Onların marağı Azərbaycanla Ermənistanın müharibə şəraitində qalmasındadır. Hər zaman bu faktordan yararlanaraq Cənubi Qafqazda prosesləri alovlandırmaq istəyirlər.
Ermənistan havadalarlarının köməyi ilə silahlanır. Nə qədər silahlansalar, məsələnin dinc yolla həll edilməsindən uzaqlaşacağıq. Ermənistan iri imiqyaslı təxribatlara gedə bilmir. Çünki Azərbaycan "Dəmir yumruğ"unu göstərir. Lakin kiçik təxribatlara əl atmaları istisna deyil. Atəşkəs mütəmadi pozulanda, praktiki addımlardan və qərarlardan söhbət gedə bilməz. Qarabağdakı Avropa nümayəndələri də qərəzli hesabatlar verəcək. Proseslər zəncirvari olduğuna görə, Zəngəzur dəhlizinin açılması ləngiyəcək".
Ş.Ramaldanov bildirib ki, Azərbaycan ordusu yaranmış vəziyyətə uyğun qabaqlayıcı tədbirlər görür:
"Ordumuz əməliyyat şəraitini daim nəzarətdə saxlayır. Sülhə məcburetmə mexanizmlərinin işə salmaqla bağlı addımlar atıla bilər. Azərbaycanın hüquqi cəhətdən ixtiyari var. Ermənistan tərəfi üçtərəfli sənədə qol çəkibsə, atəşkəsi qorumaqla bərabər digər öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir.
Dövlət başçımız deyib: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Məqamı çatanda ehtiyac yaranarsa, Ali Baş Komandan Orduya “vur” əmri verəcək. Azərbaycan Silahlı Qüvvələri Müdafiə naziri Zakir Həsənovun tapşırıqlarını reallaşdırmaqla məşğuldur. Həm "Dəmir yumruğ"u hazır vəziyyətdə saxlayırlar, həm də düşmən atəşkəsi pozduğu halda adekvat cavab verirlər".
Qeyd edək ki, noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur