Ermənistana bir neçə ay şans verə bilərik, amma səbrin sonu...”
Yusif Nəzərli
13:38 11.11.2022
Aktual
733
“...uzaqda deyil”
“Xankəndi istiqamətində, Ermənistanın möhkəmləndiyi nöqtələrdə müəyyən hərbi addımların atılması gözləniləndir”
" Azərbaycan tərəfi bir az da səbrli olacaq, lakin səbrin sonu uzaqda deyil. Artıq iki ildir, səbrli davranırıq. Bir neçə ay da Ermənistanla diplomatik əlaqələrin baş tutması üçün şans verə bilər.
Ermənisdan prosesləri maksimum uzatmağa çalışır. Proses ləngidikcə dünyadakı siyasi vəziyyət də dəyişə, yeni reallıqlar yarana bilər".
Bunu "Sherg.az" açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
Ekspert bildirib ki, hazırkı reallıqda Ermənistan sülh müqaviləsi imzalasa, Azərbaycanın qoyduğu şərtləri yerinə yetirməyə məcburdur:
"Belə halda erməni maraqları kənarda qalır. Ermənilər həm hərbi texniki gücünü bərpa etməyə, həm də iqtisadi vəziyyətini düzəltməyə çalışır. Yeni tərəfdaşlar tapıb Azərbaycana qarşı güc sərgiləməyi düşünür. Rəsmi Bakı baş verənlərin fərqindədir, indiki şansları əldən vermək istəmir. Bütün mümkün təzyiq vasitələrindən yararlanacaq. Ermənistana qarşı daha ciddi addımlar atacağını gözləmək mümkündür. Prezident İlham Əliyevin Zəfər Günündə, həm də Türk Dövlətlərinin zirvə görüşündəki çıxışı Azərbaycanın qətiyyətli olduğunu deməyə əsas verir. Azərbaycan tərəfi bir az da səbrli olacaq, lakin səbrin sonu uzaqda deyil. Artıq iki ildir, səbrli davranırıq. Bir neçə ay da Ermənistanla diplomatik əlaqələrin baş tutması üçün şans verə bilər. Sonra Xankəndi istiqamətində, Ermənistanın möhkəmləndiyi nöqtələrdə müəyyən hərbi addımların atılması gözləniləndir.
Vətən müharibəsi kimi genişmiqyaslı əməliyyatlar keçirilməyəcək, amma hərbi addımlar atıla bilər".
Qeyd edək ki, noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə atəş açılıb.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət