Ermənistanın mina xəritələrini verməsi diplomatiyamızın qələbəsidir
10:02 04.07.2021
Aktual
561
“Ermənistanın işğal dövründə Füzuli və Zəngilanda basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri təqdim etməsi hər şeydən öncə Azərbaycan diplomatiyasının qələbəsidir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O, qeyd edib ki, hərb potensialının 80 faizi məhv edilmiş, döyüş ruhu tam şəkildə qırılmış məğlub Ermənistanın müharibə sonrası əlində qalan yeganə silahı və mümkün təzyiq vasitəsi minalanmış ərazilərin xəritəsi olub: “Məğlubiyyətin acısı ilə və revanşist xəyallarla yaşayan bir dövlətin sonuncu təsir imkanlarından könüllü imtina etməsi təbii ki, ağlabatan deyil. Deməli, Prezident İlham Əliyevin 44 günlük müharibədə hərbi, daha sonra isə siyasi formatda davam edən "məcburetmə" prosesi bu gün də diplomatik fazada davam edir.
Məlumdur ki, 10 noyabr kapitulyasiya aktından sonra minalanmış ərazilərin xəritəsinin verilməsi rəsmi Bakının ilkin tələblərindən biri idi və əvvəlcə Ağdam, bu gün isə Zəngilan və Füzuli istiqamətində ümumilikdə 200 minə yaxın minanın əhatələndiyi xəritələrin alınması Ermənistanın xoş niyyəti yox, Azərbaycan tərəfindən vadar edilməsidir. Prosesdə yeganə xoş niyyət isə Azərbaycanın təqsiri qanuni qaydada sübut olunmuş, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana qaytarması hesab olunmalıdır. Azərbaycan zatən bu şəxslərin cinayət mühakiməsini həyata keçirərək, Ermənistanın terror mahiyyətini və bu şəxslərin timsalında hərbi cinayətlərini sübut edib, dünyaya reallığı göstərə bildi. İndi həmin şəxslərin geri verməklə Azərbaycan beynəlxlaq nüfuzunu möhkəmləndirdi. Habelə, bu humanist niyyət Ermənistanın özündə gələcək əməkdaşlıq mühitində maraqlı olmayan, revanşistlərin və nifaqın dərinləşməsini istəyən qüvvələrin arqumentlərinə zərbə vurdu”.
Ağdam, Füzuli və Zəngilan rayonlarında minalara dair xəritələrin təqdim edilməsi həmçinin, başqa reallığı da ortaya çıxarmaqdadır: “Məlumdur ki, Ağdam istiqamətində xəritələrin verilməsinə qədər Yerevan onlarda belə bir xəritələrin olmadığını iddia edirdi. Lakin 3 istiqamətdə 200 minədək minanı əhatələyən xəritələrin verilməsi Ermənistan hakimiyyətinin saxtakarlığını və 8 aydır ki, dünya ictimaiyyətini aldatdığını ortaya çıxardı. Bu isə o deməkdir ki, rəsmi Yerevan artıq onlarda minalanmış ərazilərin xəritələrinin olmadığı kimi absurd iddia irəli sürə bilməyəcək və yaxın dövrlərdə ermənilər Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd və Xocalı istiqamətlərində də xəritələri verməyə məhkumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm