Ermənistanın Rusiyanın təsirindən çıxması real görünmür - ŞƏRH
Yusif Nəzərli
10:13 18.10.2023
Aktual
543
Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Kremli İrəvanda hökuməti devirmək cəhdində ittiham edib. Bu barədə N.Paşinyan Avropa Parlamentində çıxışında bildirib.
“Bizim təhlükəsizlik üzrə müttəfiqlərimiz açıq şəkildə Ermənistanda demokratik hökumətin devrilməsinə çağırış ediblər”, - deyə N.Paşinyan vurğulayıb. O əlavə edib ki, ermənilər məhz Rusiya sülhməramlılarının fəaliyyətsizliyi nəticəsində Qarabağı tərk ediblər.
Paşinyanın açıqlamalarını "Sherg.az"a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, bu, onun ilk belə bəyanatı deyil:
"Oxşar ritorikada Rusiyanı və sülhməramlıları hədəf göstərərək işğalçılıq siyasətindən diqqəti yayındırmaq cəhdlərinin arxasında dayanan əsas məqsəd yenə “məzlum erməni” obrazı yaradaraq dəstək qazanmaqdır. İlk olaraq onu qeyd etmək lazımdır ki, rus sülhməramlılarının Qarabağa gəlmə səbəbi sülh və sabitliyə töhfə vermək idi. Hansısa separatçı çıxışları və ya terror hücumlarını himayə etmək yox. Digər tərəfdən hökumətin devrilməsi ilə bağlı bəyanatlar Ermənistanın uzun müddətdir davam edən Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatın (KTMT)dan çıxmaq cəhdləri üçün “təhlükəsizlik qayğıları” adı altında zəmin yaratmağı hədəfləyir. Ancaq məlumdur ki, Ermənistan kimi Rusiyanın forpostu olan bir dövlətin onun təsir dairəsindən çıxmaq ehtimalı hazırda real görünmür. Xüsusilə də, bu bəyanatlar heç vaxt qətiyyətli siyasi iradə ilə müşayiət olunmayıb. Ona görə də, Paşinyanın bu demarşı sadəcə Qərb auditoriyasının dəstəyinin qazanılmasına hesablanıb. Ancaq mövcud reallıqda qətiyyətli anti-Rusiya mövqeyi olaraq dəyərləndirilə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol