Evdən qaçan qızlar...
Yusif Nəzərli
09:28 11.04.2023
Aktual
705
Yüz səbəb, amma bir bəhanə var
Çox zaman zərif cinsin nümayəndələri ailə daxilində olan təzyiqlərdən yorulurlar
Bakıda 18 yaşlı qız itkin düşüb. DİN-dən verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər. Qeyd edək ki, son vaxtlar gənc qızların evdən qaçma halları geniş vüsət alıb. Xüsusən də 15-20 yaş arası qızların itkin düşməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.
Dəfələrlə bu cür vəziyyətlərə şahid olduğumuzu vurğulayan psixoloq Elnarə Xəlilova "Şərq" ə açıqlamasında deyib ki, bəzən ailələrin, cəmiyyətin qoyduğu qaydalar yetkinlik dövrünü yaşayan gənclərin səbrini daşırır və onlar evdən qaçmağı bu qaydalardan can qurtarmaq kimi görürlər. Təbii ki, sosial şəbəkələrdə tanışlıq amili də əsas faktordur:
“Bu yaşda qızlar həssas olurlar, ətrafda baş verən hadisələrdən tez təsirlənirlər. Buna görə də onları aldatmaq asan olur. Onların internetdən asılılığı, təsadüfi tanışlıqlar onların psixologiyasına təsirsiz ötüşmür. Yetkinlik yaşındakı qızların nəvazişə, qayğıya ehtiyacı olur. Bu qayğını isə onlara valideyn göstərməlidir. Qızlar ailədə mənəvi və ya fiziki zorakılıq gördükdə, azad həyat axtarışında olmaq istəyi ilə evdən qaça bilər. Onlar bu addımı atmaqla, azadlıqlarına qovuşacaqlarını və ailə basqısından yaxa qurtaracaqlarını düşünürlər. Bu məsələdə sosial şəbəkələr və serialların təsiri, Avropaya meyilliliyin yüksək olması da məlum tendensiyanın artmasına yol aça bilər. Çünki əvvəllər azad həyata meyl yüksək səviyyədə deyildi”.
Psixoloqun sözlərinə görə, Azərbaycan ailələrində oğlan qızlara nisbətən sərbəst böyüdülür deyə evdən qaçan qızların sayı çoxluq təşkil edir: "Yəni qızlar çox zaman ailə daxilində olan təzyiqlərdən yorularaq evdən qaçırlar. Evdə mübahisələr, təzyiqlər qızlara daha çox tətbiq edilir, oğlanlar isə dostları ilə münasibətlər, evdən çıxma-evə qayıtma, qız dostları barəsində daha sərbəstdirlər.
Qızlar da evdən qaçaraq bu ayrı-seçkiliyə görə ailələrini cəzalandırdıqlarını düşünürlər. Güman edirlər ki, bu yolla azad, sərbəst olduqlarını valideynlərinə sübut edəcəklər. Onu da deyim ki, gənclər tanıdıqları, yaxın bildikləri dostlarının evinə qaçanda bu uzun sürmür. Lakin sosial şəbəkədə tanış olduğu adamla qaçan qızlar "yağışdan qaçıb yağmura düşür"lər. Dəfələrlə olub ki, valideyn qızını qaçırıblar deyə iddia edib, amma araşdırmalar zamanı qızlar tapılıb və məlum olub ki, öz istəkləri ilə evdən gediblər.
Evdən qaçan qızlar bir neçə gün sonra geri dönsə belə, bu vəziyyət ailə üçün əhəmiyyətli bir siqnaldır. Onların yenidən evdən qaçmaması üçün nələr edilməsi lazım olduğu, üzərində dayanılması lazım olan ən əhəmiyyətli hissədir.
Ailə bu mövzuda bir mütəxəssisdən dəstək almalıdır. Ailədaxili ünsiyyəti gücləndirmək, sevgini hiss etdirmək, yeniyetməni mühakimə etmədən dinləmək, sərhədləri və qaydaları təyin edərkən bunların səbəblərini öyüd-nəsihət vermədən, həqiqi və yetkinin də anlaya biləcəyi dillə izah etmək lazımdır. Biz belə xəbərləri eşidən zaman evdən qaçanlara qarşı aqressivlik göstəririk. Qaçmağa səbəb olanları isə heç düşünmürük. Nəzərə almaq lazımdır ki, evdən qaçan varsa, buna səbəb olan valideynlər də var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya