Fərid Şəfiyev: "BMT-də böhran yeni yaranmayıb və təşkilatda yaxın zamanlarda islahatlar aparılmayacaq"
Yusif Nəzərli
08:54 19.10.2023
Aktual
484
"Yaxın zamanlarda BMT-də islahatlar aparılmayacaq".
Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
O söyləyib ki, İsrail-HƏMAS qarşıdurmasının kökündə Fələstin problemi dayanır: "Azərbaycan hər zaman problemin paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılması ilə, yəni iki dövlət prinsipi əsasında həllini dəstəkləyib. Ancaq sonuncu hərbi böhran HƏMAS-ın qanunsuz əməlləri ilə bağlıdır".
BMT Təhlükəsizlik Şurasının sözügedən məsələlərlə bağlı olan mövqeyinə gəlincə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri bildirib ki, təşkilatdakı böhran yeni yaranmayıb: "Problem uzun müddətdir müşahidə edilir. 90-cı illərdən BMT Təhlükəsizlik Şurasında islahatlar keçirilməsinə cəhd edilib. İlkin müzakirələr başlayanda mən Nyu Yorkda idim və Təhlükəsizlik Şurasını genişləndirmək, həmçinin veto hüququnun ortadan qaldırılması kimi məsələlərlə bağlı müzakirələr aparılırdı. Lakin görünür, yaxın zamanlarda BMT-də islahatların keçirildiyini görməyəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya