
Generalın Gürcüstan səfərinin PƏRDƏARXASI! – “Sərhədlərimizdə real təhlükələr..”
Yusif Nəzərli
14:06 14.11.2022
Aktual
519
"Ermənistandan fərqli olaraq, İran hərbi potensial, texniki inkişafı baxımından daha böyük və ciddi rəqibdir”
“Risklər Azərbaycanı sərhədlərindəki digər ölkələrlə təhlükəsizlik məsələlərinin yaxşı təşkil edilməsinə məcbur edir”
“Azərbaycan da əmin olmağa çalışır ki, Ermənistan və ya İrandan hər hansı təcavüz, hərbi qarşıdurma olarsa, Gürcüstan tərəfdən heç bir təhlükəyə məruz qalmayacaq”
"Azərbaycan hazırda yerləşdiyi coğrafi məkan və içərisində olduğu geopolitik vəziyyət baxımından çətin durumdadır".
Bunu "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı deyib.
Onun sözlərinə görə, indiki zamanda ölkəmizin sərhədlərində həm siyasi, həm də hərbi anlamda qeyri-sabitlik hökm sürür və real təhlükələr mövcuddur:
"Ermənistandan fərqli olaraq, İran hərbi potensial, texniki inkişafı baxımından daha böyük və ciddi rəqibdir. Risklər Azərbaycanı sərhədlərindəki digər ölkələrlə təhlükəsizlik məsələlərinin yaxşı təşkil edilməsinə məcbur edir. Bura Rusiya və Gürcüstan daxildir. Ermənistanla onsuz da müharibə vəziyyətindəyik. Dəniz vasitəsilə türk dövlətlərindən real bir təhlükə hazırkı şəraitdə görünmür.

Türkiyə ilə isə müttəfiq əlaqələrimiz mövcuddur. İndiki məqamda Rusiya ilə beynəlxalq vəziyyətimizi nəzərə alaraq, demək olar ki, hər hansı qarşıdurma yaxın zamanda gözlənilmir. Burada həm Rusiya və Türkiyə münasibətləri, eyni zamanda rəsmi Moskva və rəsmi Bakı əlaqələri faktoru var. Bildiyimiz kimi, şimal qonşumuz beynəlxalq arenada təklənir. Eyni zamanda Ukraynada çox çətin vəziyyətə düşüb. Ukrayna müharibəsinin Rusiyanın məğlubiyyəti ilə bitməsi mövcud riskləri müəyyən qədər sığortalayır. Çünki rəsmi Moskva özü də Türkiyə və Azərbaycan ilə münasibətləri isti saxlamalı olduğunu anlayır.
Bu o demək deyil ki, öz maraqları fonunda iki qardaş ölkəyə güzəştə gedəcək. Həmçinin hazırda anti-Azərbaycan və anti-Türkiyə əleyhinə Rusiyada hər hansı addımlar da atılmayacaq. Geriyə Gürcüstan qalır. Azərbaycan da əmin olmağa çalışır ki, Ermənistan və ya İrandan hər hansı təcavüz, hərbi qarşıdurma olarsa, Gürcüstan tərəfdən heç bir təhlükəyə məruz qalmayacaq.
Z.Həsənovun da Gürcüstanda keçirəcəyi görüşlər bu istiqamətlərdə olacaq. Ölkələr həm siyasi, həm hərbi, həm də iqtisadi arenada daha mütəşəkkil bir hala gəlmək, inkişaf etmək üçün qarşılıqlı əlaqələr qurmağa məcburdur. Səfər Gürcüstan və Azərbaycan tərəfindən müsbət nəticələrlə yadda qalacaq. Çünki Gürcüstanın özünün də beynəlxalq vəziyyəti çox yaxşı sayılmaz. O özü də təcavüzə, separatizmə, Rusiyanın işğalına məruz qalan bir ölkə kimi indi özünün təhlükəsizliyini daha çox düşünür".
Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda rəsmi səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət