Göyçayda 12,3 kilometrlik yol yenidən qurulur
09:13 15.02.2020
Aktual
496
Göyçay rayonunda uzunluğu 12,3 kilometr olan yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yolboyu dağımış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir, yataq layihə eninə çatdırılması üçün 3-4 metrdən 10 metrə qədər genişləndirilir. Daha sonra əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 120 min kvadratmetr sahədə icra olunur.
Layihə çərçivəsində, həmçinin yeni suötürücü dairəvi borular inşa edilib. Növbəti mərhələ üzrə artıq yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.
Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələr, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Layihə üzrə işlərin bu il ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Görülən işlər yolboyu yerləşən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdırmaqla yol boyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya