“Heç kimin bir addım geri çəkilmək fikri yoxdur” - Şuşada dirəniş var!
Yusif Nəzərli
09:43 13.12.2022
Aktual
602
"Səhər tezdən aksiya çərçivəsində çıxışlar oldu, tələblərimizi bir daha səsləndirdik. Əsasən elokoji tələblərdir. Azərbaycan ekoloqları monitorinq aparmaq üçün "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına buraxılmalıdır".
Bu barədə Şuşada rus sülhməramlılarının postu yaxınlığındakı aksiyada iştirak edən “Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev deyib.
QHT rəhbəri xatırladıb ki, sözügedən yataqlar uzun müddətdir, yəni işğal dövründən bəri istismar olunur. Həmin yataqlardan çoxlu qızıl, mis-molibden çıxır:
"Qeyri-rəsmi məlumatlara görə, "Dağlıq Qarabağ" iqtisadiyyatının gəlirinin 35 faizi məhz həmin iki yatağın hesabına formalaşır. Ona görə də yataqlarda monitorinq təşkil etmək çox vacibdir. Lakin rus sülhməramlılarının rəhbəri A.Volkov azərbaycanlı ekoloqların yataqların yerləşdiyi əraziyə getməsinə icazə verməyib. Aksiyaya dəstək çox böyükdür, axşam Bakıdan iki avtobus gəlmişdi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup idmançısı da aksiyaya qoşulublar. 3 avtobus da yoldadır, qısa müddət sonra aksiya bölgəsinə çatacaqlar. Heç kimin bir addım geri çəkilmək fikri yoxdur. Lazım gələrsə, bu gecə də, növbəti gün də aksiyamız davam edəcək".
Səlim Balayev bildirib ki, sülhməramlıların əraziyə əlavə texnika cəmləməsi xəbərləri həqiqəti əks etdirmir:
"Biz Laçın yolunu Şuşa postundan kəsmişik. Laçından gələn tərəfdə rus sülhməramlılarının 4 texnikası var. Səhv etmirəmsə, ikisi "BTR", digər ikisi başqa texnikadır. Xankəndi tərəfdən isə sülhməramlılara aid hərbi polis maşınlardır. Yəni orada sülhməramlıların ciddi texnikası yoxdur. Şaiyələr buraxırlar ki, guya "sülhməramlılar bölgəyə hərbi texnika cəmləyirlər", "aksiya iştirakçılarına dağılmaq üçün vaxt verilib", bunların hamısı yalandır".
QHT sədri təşkilatçılığın çox yüksək səviyyədə olduğunu söyləyib:
"Mən bura QHT rəhbəri kimi gəlmişəm. Aksiyada media nümayəndələri, fəallar, könüllülər iştirak edirlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri də aksiyada yüksək səviyyədə iştirak edirlər, dəstək verirlər. "Azərişıq", "Azərsu", Fövqəladə Hallar Nazirliyi və digər qurumların nümayəndələri aksiya iştirakçılarını hər cür təmin edirlər. Bütün texniki avadanlıqlar, mobil vasitələr üçün cərəyan doldurma qurğuları quraşdırılıb. TƏBİB-in təcili tibbi yardım maşınları səhər-axşam növbə çəkirlər. Asayişin təmin olunmasında Şuşa polisi yüksək peşəkarlıq nümayiş etdirir. Onu da qeyd edim ki, tikinti şirkətlərinin işçiləri də bizimlə səhərədək oyaq qalıblar. Burada çalışan şirkət əməkdaşlarına, mülki insanlara da çox təşəkkür edirik. Bizləri öz avtomobillərində təmannasız olaraq otelə və aksiya yerinə aparıb-gətirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm