Helikopter bölmələri döyüş atışları edib! – “Sonuncu laboratoriya müharibədir”
Yusif Nəzərli
10:49 19.08.2022
Aktual
684
“Belə təlimlər nə qədər intensiv keçirilsə, gələcəkdə döyüş tapşırıqları da bir o qədər uğurla yerinə yetirilər”
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimlərin əhəmiyyətindən danışan Hərbi ekspert Exan Şıxəliyev “Sherg.az”a bildirib ki, bu təlimlər illik qoşun növlərinin planları əsasında gerçəkləşdirilir:
“Bütün HHQ qüvvələrinə daxil olan bölmələr döyüş hazırlığını yüksəltmək üçün praktiki uçuşlar həyata keçirirlər. Pilotların hazırlığının, texniki uçuş vasitələrinin sazlığının yoxlanılması üçün belə təlimlər vacibdir. Gedişatda təlimin ssenarisinə əsasən helikopterlərin pilotlarına əməliyyat şəraitlərinə uyğun, döyüş şəraitlərinə yaxınlaşdırılmış tapşırıqlar verilir. Şərti düşmən üzərinə zərbələrin endirilməsi, kəşfiyyat uçuşlarının aparılması, qoşunların maddi vəsaitlərlə təminatı həyata keçirilir”.
Ekspertin sözlərinə görə, bu təlimlərdən sonra döyüş hazırlığı yeni mərhələyə keçir:
“Sonda pilotların, təlimlərə cəlb olunanların qiymətləndirilməsi aparılır. Hər bir zabit burda özünün nə qədər professional olduğunu müəyyən edir.
Təlimlər müharibədən öncəki laboratoriyadır. Sonuncu laboratoriya isə müharibədir. Belə təlimlər nə qədər intensiv keçirilsə, gələcəkdə döyüş tapşırıqları da bir o qədər uğurla yerinə yetirilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya