Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyəti ictimai rəydə - Sorğu
Yusif Nəzərli
11:46 11.04.2023
Aktual
370
Müstəqilliyin bərpasından bu günə qədər dövlətin bütün istiqamətlərdə siyasəti təhlükəsizlik və ictimai sabitlik prioriteti ətrafında formalaşıb, bu siyasət dövlətin ali məramını təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin müxtəlif dövrlərdə keçirdiyi rəy sorğuları təhlükəsizliyin və ictimai sabitliyin təmin edilməsi istiqamətində dövlət siyasətinə münasibətin yüksək olduğunu göstərib.
Mövzunun aktuallığını nəzərə alaraq, Mərkəzin keçirdiyi növbəti rəy sorğusunda vətəndaşların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətinə münasibəti öyrənilib. Bu məqsədlə respondentlərə “Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən razısınızmı?” sualı ünvanlanıb.
Sorğu nəticələrinə əsasən, iştirakçıların 61,7%-i hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən tam razı, 27,3%-i əsasən razı qaldığını bildirib.
İştirakçıların 2,9%-i bu sahədə fəaliyyətdən əsasən razı qalmadığını, 6,3%-i heç razı qalmadığını ifadə edib. Respondentin 1,8%-i bu barədə hər hansı fikri bildirməyib.
Nəticələrin gender aspektindən təhlili sorğuda iştirak edən kişi və qadınların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən bərabər səviyyədə razılığını göstərib.
Həmçinin bu sahədə fəaliyyət iştirakçıların təhsil səviyyəsindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən yüksək qiymətləndirilib.
Analoji nəticə müxtəlif yaşayış məntəqələri, yəni kənd, qəsəbə və şəhər üzrə məskunlaşan respondentlərin rəylərində də müşahidə edilib.
Qeyd edək ki, sorğular 01-06 aprel 2023-cü il ərzində keçirilib, 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm