İlham Əliyev Münhendə görüş keçirib - FOTO
11:20 15.02.2020
Aktual
456
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münhendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Robert Malley ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha qeyd edib. Prezident İlham Əliyev bildirib ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Söhbət zamanı Beynəlxalq Böhran Qrupu tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif hesabatların hazırlandığı qeyd olunub. Hazırlanmış son hesabatlarda Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər, eyni zamanda, Ermənistanın apardığı qeyri-qanuni məskunlaşma siyasəti ilə əlaqədar məsələlərin əks olunmasının vacibliyi vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou