
İnsanlığa yox, şərə xidmət edirlər
Yusif Nəzərli
08:32 25.01.2022
Aktual
854
“Human Rights Watch”ın hesabatı riyakarlığın əyani təsdiqidir
“Human Rights Watch” təşkilatının Azərbaycana qarşı qərəzi pik həddə çatıb. Daim ikili standartları ilə seçilən qurum ölkəmizə qarşı şər-böhtan dolu növbəti “hesabat” açıqlayıb. Təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilib ki, guya, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71 məktəb “dağıdılıb”.
Hesabat müəllifləri ikinci Qarabağ müharibəsinin Ermənistan deyil, məhz işğal edilmiş Azərbaycan ərazisində aparıldığını görməzdən gəliblər. Bütün dünya bilir, hətta Ermənistan rəhbərliyi, eləcə də Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, müharibə Ermənistan ərazisində getmir. Bu, sübuta ehtiyacı olmayan faktdır. Buna baxmayaraq, “Human Rights Watch” təşkilatı həyasızcasına “Ermənistan ərazisində” 71 məktəbin dağıdıldığını yazır. Şübhə yox ki, hesabatı hazırlayanlar 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizdə Ermənistanın yüzlərlə məktəbi, uşaq bağçasını, minlərlə evi, onlarla məscidi tamamilə dağıtdığını, yer üzündən sildiyini yaxşı bilirlər. Eyni zamanda düşmənin 44 günlük savaş zamanı Gəncə, Bərdə, Tərtər və Goranboyu atəşə tutması, mülki şəxslərin üzərinə raket atması faktları ilə də tanışdırlar. Lakin onların qərəzi və ermənipərəstliyi bu həqiqətlərin dilə gətirilməsinə mane olur.

Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov “Şərq”ə bildirib ki, “Human Rights Watch”ın hesabatı saxtakarlığa əsaslanır. Partiya rəhbərinin sözlərinə görə, bu hesabat özünü dünyada haqq və ədalətin “keşikçi”si kimi təqdim edən təşkilat adına rüsvayçılıqdır:
“Təşkilatın açıq-aşkar saxtakarlığa yol verməsi həm heyrət, həm də təəssüf hissi doğurur. Hesabatı elə tərtib ediblər ki, Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında qalmasından xəbərsiz olan insanlar yazılan əsassız iddialara və yanlış rəqəmlərə inansınlar. Hesabatın Azərbaycanla bağlı hissəsi dünya ictimaiyyətinin çaşdırılmasına, qərəzli şəkildə yönləndirilməsinə xidmət edir.
Azərbaycanı “təcavüzkar” kimi qələmə vermək istəyirlər. Sənəddə Ermənistan silahlı qüvvələrinin 44 günlük müharibə zamanı cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizdəki mülki obyektləri, yaşayış evlərini, məktəbləri atəşə tutmaları barədə bir kəlmə də qeyd edilməyib.
Bu da sözügedən beynəlxalq təşkilatın iç üzünü göstərir. “Human Rights Watch”ın hesabatı riyakarlığın əyani təsdiqidir. Təşkilat insanlığa yox, şərə xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə