
İnsanlıq faciəsi nə vaxt bitəcək? - İranda edamların ardı-arası kəsilmir
Yusif Nəzərli
13:22 16.10.2023
Aktual
648
Zəncanda güneyli məhbus edam edilib.
"Sherg.az" Bakupost.az-a istinadən xəbər verir ki, İnsan Haqları Təşkilatının məlumatına görə, dünən Güney Azərbaycanın Zəncan şəhər mərkəzi həbsxanasında saxlanılan Əli Əsgər Çırağifər adlı məhbus dar ağacından asılıb.
İranın növbəti qəddar addımını dəyərləndirən Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili "Sherg.az"a bildirib ki, İran bir il ərzində 700 nəfəri edam edib:

"Bu insan haqları rəsmi qurumların sənədlərində də göstərilir. İran cəmiyyəti ən çox edamın yaşandığı ölkədədir. İnsanların edam olunma səbəbləri fərqli siyasi fikir ayrılıqlarına və inanclara sahib olması ilə bağlıdır. Beynəlxalq qurumlar bu hadisələri təbii ki, raporlayır. İranın bu vəhşiliyinə qarşı qınamalar olur, amma ciddi şəkildə qarşısını almaq üçün heç bir addım atılmır. Bu məsələni diqqət mərkəzində saxladığını göstərməyə çalışan Beynəlxalq qurumların ikiüzlü olduğunu düşünürəm. Çünki İranda siyasi edamlar yeni bir şey deyil, illərdir davam edir. Hətta keçən il öz millət vəkillərinin açıqlamaları da vardı ki, Bəlucistan bölgəsində bir şəxsin belə edam olunmadığı ev qalmayıb. Xüsusilə də, Bəlucistan sünnilərin yaşadığı ərazidir. Bu dövlət əleyhinə insanları qətlə yetirmək deməkdir. İnsanlar fikir ayrılıqlarına görə edam etməyi hansı zəminə dayandırırlar? Keçən il İranın Qətərdəki pulları belə azad edilirdi. Bu, İranın Uluslararası xarici ölkələrlə əlaqələrində digər dövlətlərində marağında olan bir məsələ də deyil. Əgər önəmli olsaydı, indiyə qədər edamların qarşısını almaq üçün addımlar atılardı. Uluslararası qurumlar isə bunun bir insani məsələ olduğunu unudub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya