İran xarici işlər naziri Abbas Arakçı Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan əs-Səudla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Arakçı Teleqram kanalında məlumat verib.
Nazirlər regionda baş verən son prosesləri müzakirə ediblər. Bundan əlavə, nazirlər regionda gərginliyin artması və təhlükəsizlik vəziyyətinin pisləşməsinə toxunaraq gərginliyin daha da genişlənməsinin qarşısını almaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.