
İranın Zəngəzur ritorikası: Tehran Moskva ilə Qərbi dəyişməyə hazırlaşır
10:14 16.09.2024
Aktual
590
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki parlamentin iclasında bildirib ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyaları qəbuledilməzdir. O bildirib ki, bu yaxınlarda Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlament üçün qəbuledilməzdir, ona görə də Xarici İşlər Nazirliyi bu münasibətlə Rusiyaya ciddi xəbərdarlıq etməlidir. O xatırladıb ki, İran Ukrayna müharibəsində Rusiyanın tərəfində olmaqda ittiham olunur, ruslar isə İranın üç adasını (Böyük və Kiçik Tunb və Əbu Musa – red.) Birləşmiş Ərəb Əmirliklərinə aid hesab edir və Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürürlər.Məlaki həmçinin vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır və bu, İran üçün də qəbuledilməzdir.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Tehran hakimiyyəti Zəngəzur yoluyla bağlı problemlərini müxtəlif səviyyələrdə dilə gətirirlər:

“İran öz mövqeyini 3 il öncə Ali rəhbər Xamanei tərəfindən söyləyib. İran Zəngəzur dəhlizini bəhanə gətirərək bildirir ki, ərazilərin dəyişilməzliyi və kommunikasiya xətti ilə bağlı yeni formatları qəbul etməyəcəklər. Eyni zamanda bunu özlərinin qırmızı xətti adlandırır. Digər tərəfdən isə bir müddət öncə Rusiya və İranın xarici işlər nazirinin müavinləri Ermənistanda səfərdə olub. Həmçinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu yaxınlarda Rusiyaya getmişdi. O, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya prezidenti Vladimir Putinlə görüşüb və sözügedən məsələləri müzakirə etdilər. Bu görüşlər çərçivəsində isə Rusiya və Ermənistan tərəfindən İranı qane edən cavab əldə edilməyib. İndi isə parlamentdə bu tip məsələləri müzakirə edirlər. Görünən odur ki, Rusiya və İran arasında sözügedən məsələ ilə bağlı bir müddət də fikir mübadiləsi olacaq. Bir neçə il öncə İran parlamentinin üzvləri açıqlama vermişdilər ki, Rusiya heç vaxt dostumuz olmayıb və bizim ən yaxın müttəfiqimiz ingilislər olub. Çox güman ki, İran Rusiyaya belə münasibət bəsləməklə rəsmi Moskva ilə Qərbi dəyişməyə hazırlaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm