İrəvan nə çalır, çalsın rəsmi Bakı “öz havasına oynaycaq” - Yollar açılacaq!
Yusif Nəzərli
12:51 22.09.2022
Aktual
858
“Ermənistan razı olsa da, olmasa da Azərbaycan tərəfi nəzərdə tutduğu layihələrini mütləq həyata keçirəcək”
" Bu zaman Ermənistanla toqquşma nöqtəmiz olsa, onları məcbur edəcəyik. Çünki bölgənin kommunikasiya xətləri açılmalıdır”
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağı ucaldıb və bundan sonra olduqca yüksək əhəmiyyətə malik çıxış edib. Çıxışı zamanı bir sıra məsələlərə toxunan dövlət başçısı vurğulayıb ki, gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir, həm avtomobil yolunu gətirəcəyik:
“Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib.
Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu,eləcə də, avtomobil yolunu Zəngilana qədər çəkmişik. Gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik".
Millət vəkili Fazil Mustafa dövlət başçısının çıxışını "Sherg.az"a şərh edərkən bildirib ki, Ermənistan razı olsa da, olmasa da Azərbaycan tərəfi nəzərdə tutduğu layihələrini mütləq həyata keçirəcək:
" Bu zaman Ermənistanla toqquşma nöqtəmiz olsa, onları məcbur edəcəyik. Çünki bölgənin kommunikasiya xətləri açılmalıdır. Bütün hallarda buna mane olacaq hansısa bir iradə ortaya qoymaq mümkün deyil. Rəsmi Bakı nə düşünürsə, onu da reallaşdıracaq. Ermənistanın buna mane olma cəhdləri var, amma faydasızdır. Onlar Zəngilandan dəmiryolu xəttinin çəkilməsini də istəmirdi.
Buna baxmayaraq həmin dəmir yolunun çəkilişi uğurla sona çatdı. İndi rəsmi İrəvan bütün bunları nəzərə alaraq addım atmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya