Kyeza: "Azərbaycan faktiki olaraq “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji xəritəsini dəyişir"
13:54 15.02.2020
Aktual
519
İrimiqyaslı “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Avropa üçün böyük əhəmiyyət kəsb edir, eləcə də Azərbaycanın beynəlxalq arenada Avropanın enerji təhlükəsizliyinin təminatçısı qismində imicinin artmasına xidmət edir.
Bunu Trend-də italiyalı siyasətçi, jurnalist və yazıçı Culyetto Kyeza deyib.
C.Kyezanın sözlərinə görə, bu cür mürəkkəb layihənin mərhələli şəkildə reallaşdırılması onun bütün iştirakçılarının məqsədyönlü fəaliyyətini nümayiş etdirdi:
“Ötən il Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP əsas qaz kəmərinin reallaşdırılması Avropanın diqqətini cəlb etmiş əlamətdar hadisə oldu. Bu gün dünyada sona çatmaqda olan bu prosesi diqqətlə izləyirlər. Bu cür irimiqyaslı layihənin reallaşdırılması tarixi hadisədir. Bu, Azərbaycanın bütün dünyadan nüfuzunu artıran yüksək səviyyəli layihədir. Faktiki olaraq Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji xəritəsini dəyişir”.
İtaliyalı siyasətçi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti iclasının Bakıda keçirilməsinin vacibliyini vurğulayıb:
“Azərbaycan qazının Avropa bazarlarına nəqli bütün idxalatçı ölkələrin marağındadır və bu, həmin layihənin Avropa İttifaqı tərəfindən dəstəklənməsi üçün ciddi əsasdır. “Cənub Qaz Dəhlizi”nin işə düşməsi Azərbaycanın tarixi qələbəsi olacaq. Bu gün dünya gündəmində ölkələrin mili təhlükəsizliyinin də asılı olduğu enerji təhlükəsizliyi ilə bağlı çağırışlar yer alır. Bu baxımdan “Cənub Qaz Dəhlizi”nin rolu əvəzolunmazdır”.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Avropaya nəqli bu il başlayacaq.
Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou