Lavrovun Bakı səfərinin kodları:“Terrorçuların qaytarılması ana xətdir”
Fidan Həmişəyeva
13:56 06.05.2021
Aktual
871
Ermənistanda səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla görüşüb. “TASS”ın məlumatına görə, görüş İrəvanın mərkəzindəki Xarici İşlər Nazirliyi binasında keçirilib.
Qeyd edək ki, Lavrov 10-11 may tarixlərində Bakıya işgüzar səfər edəcək. Bu baxımdan hazırda rusiyalı nazirin ölkəmizə hansı məqsədlə gəlməsi davamlı müzakirə mövzusudur.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Ayvazyan Lavrovun Bakıya səfərinin kodlarını açıb. Bu, bütün erməni əsirlərinin qaytarılmasını təmin etməkdir:
“Ayvazyan hesab edir ki, Lavrov gəlib Azərbaycandan bütün erməni “əsirlərin” qaytarılmasını istəyəcək. O, hətta belə düşünür ki, Azərbaycan-Rusiya münasibətlərində “əsirlərin” qaytarılması qırımızı xətdir. Düşünürlər ki, müttəfiqləri olan Rusiya bu işləri həyata keçirməlidir. Bundan sonrakı dönəmdə də Azərbaycanın işğaldan azad etdiyi bölgələrə ermənilərin geri qaytarılmasına dair məsələlər müzakirəyə çıxarmalıdır. Digər məsələ humanitar yardımın göstərilməsi ilə əlaqədardır. Yəni ermənilər konkret olaraq humanitar fəlakət içindədir. Təbii ki, bu ermənilərin baxışıdır. Amma doğrudanmı Lavrov məhz bu məsələlərə görə gəlir? Erməni düşüncəsində terrorçuların geri qaytarılması mövzusu yer tuta bilər. Amma Azərbaycanın Lavrovla bağlı tamamilə fərqli düşüncələri var. Azərbaycan Prezident səviyyəsində “İskəndər -M”, kommunikasiya məsələsi və Qarabağın taleyi ilə bağlı iddiaları bəyan edib.
Türkiyə Prezidentinin səfəri də gözləniləndir.
Bölgədə bu cür proseslər gedir. Azərbaycan Prezidenti sonuncu çıxışında xüsusilə erməni tərəfini hər zamankı ritorikanı davam etdirəcəklərsə, növbəti dəfə mühüm ruhla qarşılaşacaqlarını qeyd etdi. Bu kimi ciddi məsələlər olduğundan Lavrovun Bakıya səfərinin konturlarına baxmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya