Masanın üstündəki qələm Paşinyanı şoka saldı - FOTO
09:48 15.02.2020
Aktual
517
Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen konfransı çərçivəsində Moldova Prezidenti İqor Dodonla görüşü zamanı gözlənilməz vəziyyətlə üzləşib.
Qafqazinfo xəbər verir ki, Dodonla görüşdükdən sonra masa arxasında əyləşən Paşinyanın diqqətini stolun üstünə qoyulmuş “Korloff” markalı qələm çəkib. Qələmi əlinə alıb bir neçə saniyə təəccüblə ona baxan erməni Baş nazir daha sonra onu yerinə qoyub.
Qeyd edək ki, Nikol Paşinyanla Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında “Korloff” qələminə görə böyük qalmaqal yaşanmışdı. Belə ki, eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan Tovmasyanı vəzifəsindən kənarlaşdırmaq üçün ölkədə referendum keçirilməsinə belə qərar verilib.
Paşinyan KM sədrinin ona xüsusi xidmətlərini təklif etdiyini bildirmiş və bu görüşün sübutu kimi Tovmasyanın ona verdiyi 500 avro dəyərindəki “Karloff” qələmini göstərmişdi.
Hrayr Tovmasyan isə əvvəlcə bu iddiaları yalanlamış, sübut göstərə bilməsə, Paşinyanı məhkəməyə verəcəyini demişdi. Daha sonra isə Baş Nazir video-müraciət hazırlayaraq həmin qələmi nümayiş etdirmiş və “Şeytan detallarda gizlidir” demişdi.
Paşinyanın bu “sübut”u isə təkcə Tovmasyan tərəfdarlarına deyil, digər seqmentlərdən olan təbəqəyə də gülməli gəlmişdi. Tovmasyan isə vəkillər komandasına Paşinyana qarşı məhkəmə iddiası hazırlamağı tapşırmışdı.
Bununla belə, Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini seçməyi nəzərdə tutan referendumun keçirilməsi haqda qanun layihəsini qəbul edib. Referendumun martın sonu aprelin əvvəlində keçirilməsinin nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər doqquz hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər yeddi hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya