
Məktəb direktorlarını seçərkən min dəfə düşünməliyik
Yusif Nəzərli
14:05 22.09.2022
Aktual
603
“Direktor şiddətə əl atmamalı idi, o müvafiq yerlərə müraciət edərək olayın şişməsinə imkan verməməli idi”
“Ümumilikdə isə belə halların qarşısını almaq üçün məktəb direktorlarını seçərkən diqqətli olmaq lazımdır”
Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllimlərdən biri arasında mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov qeyd edib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:
“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə məsələnin araşdırıldığı deyilib.

Məktəbdə belə bir hadisənin olmasının təhsil adına yaraşmadığını deyən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Sherg.az”a bildirib ki, bu kimi hallar təhsil ocaqlarına mənəvi zərbə vurur:
“Direktorun müəllimi döyməsi heç bir vəziyyətdə haqq qazandırılası bir hal deyil. Lakin ölkədəki orta məktəblərin sayıə 4400 -dən yuxarıdır. Bu mənada analoji hadisələrin baş verməsi mümkündür. Bunu nə qədər qınasaq da, ortada insan faktoru var. Təbii ki, biz müəllimin və direktorun nüfuzunun yüksək olmasını arzu edirik. Bu pozitif nüfuzun qazanılmasında onların özü də çalışmalıdır. Doğrudur hadisəyə hüquqi qiymət veriləcək.
Ancaq bunun mənəvi tərəfləri də var. Belə olaylar prosesi gözü ilə görən şagirdlərin və digər müəllimlərin psixologiyasına ciddi təsir edir. Son dövrlərdə isə direktorların adının rüşvət qalmaqalında hallanması və bu kimi çirkin əməllərin sayı artıb.
Lakin bu hadisələrin az qismi üzə çıxır. Əslində xeyli bilinməyən belə fakt var. Bunların qarşısının alınmasında KİV-də çalışmalıdır. Digər tərəfdən araşdırma zamanı hadisənin müəllimin günahından olduğu ortaya çıxsa belə, direktor şiddətə əl atmamalı idi.
O müvafiq yerlərə müraciət edərək olayın şişməsinə imkan verməməli idi.Ümumilikdə isə belə halların qarşısını almaq üçün məktəb rəhbərlərini seçərkən diqqətli olmaq lazımdır.
Onların öncə psixoloji durumuna nəzər salınaraq, bu vəzifəyə uyğun olub-olmaması yoxlanılmalı, daha sonra direktorluğa təyin edilməlidir. Əlbəttə, onlar haqqında tədbirlər görüləcək. Lakin təhsilin imicinə vurulan zərbənin aradan qaldırılmasına illər lazım olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya