“Mən də müxalifətəm və burada oturmuşam”
Yusif Nəzərli
06:34 12.04.2023
Aktual
390
Sabir Rüstəmxanlı həmkarlarının ölkə müxalifətini ümumi tənqid etməsinə narazılığını bildirib
Milli Məclisin dünənki iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bəzi həmkarlarının ölkə müxalifətini ümumi tənqid etməsinə narazılıq bildirib. Sabir Rüstəmxanlı deyib ki, müxalifət deyiləndə sərhəd qoyulmalıdır: "Burada bir çox çıxışlarda deyilir ki, "müxalifət elə etdi, "müxalifət belə etdi". Mən də müxalifətəm və burada oturmuşam, başqaları da var. Müharibə dövründə hamımız birlikdə Azərbaycan Prezidentinin apardığı siyasəti müdafiə etdik. Ona görə də bir qrupa görə bütün müxalifəti günahlandırmaq olmaz. 1988-ci ildən Azərbaycanda başlamış Xalq Hərəkatının yerini, mövqeyini kiçiltmək olmaz. Vaxtı ilə Heydər Əliyev yazıçılarla görüşündə demişdi ki, o, Moskvada olarkən 1988-ci ildə Azərbaycanda başlamış xalq hərəkatını izləyirdi. Millətimizin hərəkatı ilə qürur duyduğunu deyirdi. O vaxt bütün sovet respublikalarında bu hərəkat başlamışdı və SSRİ-nin dağılmasında rol oynadı. Sonra təcrübəsiz adamlar gəldi, ölkələr pis vəziyyətə düşdü. Bütün respublikalarda vəziyyət eyniydi. Ona görə də Xalq Hərəkatının üzərindən xətt çəkmək, hamısını düşmən elan etmək olmaz. Hamımız o hərəkatın iştirakçısı olmuşuq. İndiki halda Azərbaycanda milli birliyə böyük ehtiyac var. Cəbhələşməyə yol vermək olmaz".
Sabir Rüstəmxanlı sosial şəbəkələrdə aparılan tarixi müzakirələrə də toxunub: "Tarixi bilən də danışır, bilməyən də. Tarixlə bağlı nə qədər iftiralar atılır. Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə kimi insanlar barədə yanlış məlumatlar yer alır, onları üz-üzə qoymağa çalışırlar. Bunlar ona görə baş verir ki, onların tarixi yazılmayıb. Hərə öz istədiyi kimi yazıb. Sovet bir cür yazıb. Bu məsələlərlə bağlı obyektiv yazılı tarix, dövlətin münasibəti ortaya qoyulmalıdır. Məsələ sosial şəbəkələrin, subyektiv fikirlərin ümidinə qalıb. Hərə öz ağlı səviyyəsində danışır".
Deputat Aydın Mirzəzadə də həmkarı Sabir Rüstəmxanlının “müxalifəti ümumiləşdirmək, hər kəsin üstündən xətt çəkmək olmaz” firkinə münasibət bildirib. Parlament üzvü deyib ki, müxalifət deyəndə hər kəsi eyni tutmaq olmaz: "Müxalifəti eyniləşdirməyi mən də doğru saymıram. Çünki parlament müxalifəti ilə yanaşı, radikal müxalifət də var. Sabir Rüstəmxanlının fikri ilə razıyam. Sabir Rüstəmxanlı da müxalifəti təmsil edir. Amma mən Sabir Rüstəmxanlı və Qüdrət Həsənquliyevlə Əli Kərimlini, Rəsul Quliyevi bir tuta bilmərəm. Bunlar tamam fərqli insanlardır. Normal müxalifət dövlətçiliyi sevir, amma müəyyən məsələlərlə bağlı narazılığını bildirir, iradını söyləyir. Demokratik mühitdə bu, təbiidir. Radikal müxalifət isə görülən bütün işlərin üzərindən xətt çəkir".
Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, xalqın gözü tərəzidir: “Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya