Millət vəkili ekspertin təklifini dəstəklədi
Yusif Nəzərli
08:02 17.11.2022
Aktual
492
İşğaldan azad olunan bəzi kəndlərin birləşdirilməsinə ehtiyac var
Əmlak eksperti Elnur Fərzəliyev işğaldan azad olunmuş ərazilərimizdəki bir neçə kiçik kəndin bir inzibati idarəçilikdə birləşdirilməsini təklif edir. Onun sözlərinə görə, kiçik kəndlərin birləşdirilərək böyük qəsəbələrə çevrilməsi işğaldan azad edilmiş torpaqlarımızın abadlaşdırılmasında 30 faiz qənaətə imkan verə bilər.
Burada söhbət həmin ərazilərin bərpasının sürətli aparılması, ayrılan xərclərin minimuma enməsindən gedir: “İşğaldan azad olunmuş rayonlarımızdakı kəndlərə nəzər salsaq, işğaldan əvvəl əksər kəndlərdə əhali və mənzil sayı minimal idi. Bəzi kəndlər hətta 30-40 fərdi həyət evlərindən ibarət olub. Həmin kəndlərin hər birini yenidən qurmaq, orada yeni orta məktəb, uşaq bağçası, tibb məntəqəsi tikmək, yeni yolların çəkilməsi, qaz, su, işıq və digər kommunikasiyaların qoşulması büdcədən külli miqdarda pulların ayrılması deməkdir.
Bu baxımdan hər 5-6 kiçik kəndləri birləşdirərək qəsəbələr, yaxud böyük kəndlər salmaqla, həmin xərcləri minimuma endirmək olar. Böyük qəsəbələr insan sıxlığı deməkdir. Bu isə həmin ərazilərdə ticarət sektorunun inkişafı və müxtəlif sayda yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Bu cür yanaşma ilə həm ərazilərin bərpası sürətlə aparıla bilər, həmçinin oraya köçəcək insanlarda orada yaşamağa maraq artacaq. Əlavə olaraq dövlət büdcəsi böyük məbləğlərə qənaət etmiş olacaq.
Artıq Qarabağı görmədən, lakin əslən qarabağlı olub digər şəhər tipli ərazilərdə doğulan ikinci, üçüncü nəsil formalaşıb. Onlar üçün də şəhərdən kəndə deyil, şəhərdən şəhər tipli qəsəbələrdə köçüb yaşamaq daha asan olacaq".
Millət vəkili Ceyhun Məmmədov da “Şərq”ə açıqlamasında ekspertlə həmfikir olduğunu deyib. O da hesab edir ki, işğaldan azad edilən kiçik kəndlərin bərpasına ehtiyac yoxdur:
“Təbii ki, burada 5-10 evdən ibarət olan ucqar kəndlərdən söhbət gedir. Sakinlərin sayı az olsa da, dövlət məcburdur həmin kəndə yeni yol, su, qaz, işıq xətləri çəksin. Məktəb, bağça, xəstəxana tiksin. Bütün bunlar üçün də kifayət qədər vəsait lazımdır deyə kiçik kəndlərin bir- bir bərpasına ehtiyac yoxdur. Kiçik kəndlərin birləşdirilərək böyük qəsəbələrə çevrilməsi işğaldan azad olunan ərazilərimizə “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi üçün də məqsədəuyğun layihədir. Hesab edirəm ki, bu təklif dövlət tərəfindən də dəyərləndirilməli və müvafiq istiqamətdə real addımlar atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi