"Mina xəritələri ilə bağlı dialoq birbaşa Azərbaycan və Ermənistan arasında olub" - Politoloq

"Rusiyanın  prosesdə vasitəçi olması elə də ciddi deyil"


"Azərbaycan məhkəməsinin bir neçə erməni diversantı 6 ay azadlıqdan məhrum etməsi ilə bağlı qərara qarşı ciddi reaksiyalar olmuşdu".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 



Ekspert bildirib ki, əvvəldən bunun arxasında siyasi gediş olduğunu düşündüyünə görə, münasibət bildirməyib: 

"Məhkəmin hökmü onların həbs edildiyi gündən hesablandı. Cəzalarını başa vurduqları üçün azad edildilər. Onların qarşı tərəfə verilməsi nəticəsində minlərlə vətəndaşımız mina təhlükəsindən azad olundu. Füzuli və Zəngilanın 92 minlik mina xəritələri Ermənistan tərəfindən verildi. Rusiyanın  prosesdə vasitəçi olmasına gəldikdə isə, bu, elə də ciddi deyil. Görünür, birbaşa Azərbaycan və Ermənistan arasında dialoq olub".