Moskva təlimat verib
Yusif Nəzərli
11:34 29.01.2022
Aktual
694
Rus sülhməramlılar Qarabağda ermənilərə su quyusu qazırlar
"Analitikə görə, rus qoşunları daxil olduqları hər yerdə süni problemlər yaradaraq “fövqəladə” əhəmiyyətə malik olduqları görüntüsünü yaradırlar"
Qarabağdakı Rusiya sülhməramlıları Xocavənd rayonunun Çartar qəsəbəsi və ona yaxın kəndlərdəki ermənilər üçün su çəkilişinə başlayıb. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, bütün işləri bir həftə ərzində başa çatdırmaq planlaşdırılır. Sülhməramlı kontingentin nümayəndəsi Sergey Qapeev bildirib ki, ermənilər Azərbaycan Ordusunun mövqelərinə yaxın ərazidə su quyuları qazırlar. Ölkə ictimaiyyətinin etirazına baxmayaraq, Qarabağdakı rus sülhməramlıları yenə də missiyalarından kənar işlərlə məşğul olurlar. Rusiyalı sülhməramlılar özlərini az qala “məkan sahibi”, siyasi arbitr kimi aparırlar.
Ən başlıcası isə yerli ermənilərə bütün sahələrdə himayədarlıq edərək, bir sıra illüziyaların yaranmasına səbəb olurlar. Üstəlik, Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda ermənilərin yeni mövqelər qurub inşa etmələrinə, zirehli texnika, hətta tanklarla “təlimlər” keçməsinə şərait yaradırlar. Şübhəsiz, sülhməramlıların Azərbaycan torpaqlarında öhdəlikdən kənar fəaliyyəti üçtərəfli bəyanatın şərtlərinin kobud şəkildə pozulması deməkdir. Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, müvəqqəti olaraq Qarabağın dağlıq ərazilərinə yerləşdirilmiş rus hərbçilərinin əsas vəzifəsi bina tikmək, yol, su çəkmək yox, sülhü və təhlükəsizliyi təmin etməkdir.
Sülhməramlıların qıcıq doğuran hərəkətləri ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Azər Niftiyev deyib ki, Rusiya hərbçilərinin Qarabağa gəlişi fonunda bu kimi olaylar gözlənilən idi. Analitikə görə, rus qoşunları daxil olduqları hər yerdə süni problemlər yaradaraq “fövqəladə” əhəmiyyətə malik olduqları görüntüsünü yaradırlar:
“Ukrayna məsələsinə görə ABŞ və Rusiya arasındakı gərginlik hökm sürür. Qərblə üz-üzə dayanmış Moskva eyforiyaya qapılıb. Qazaxıstandakı hadisələr, Qırğızıstan-Tacikistan sərhədində yaşanan insident Rusiyanın postsovet məkanında söz sahibi olduğunu göstərmək üçündür. Moskva göstərir ki, həmin bölgə birbaşa Kremlin nəzarətindədir. Lazım olan məqamda provakasiyaya gedəcəyini də ortaya qoyur. Qarabağdakı Rusiya hərbçiləri öz fəaliyyətini Moskvanın təlimatlarına əsasən istiqamətləndirir. Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə müxtəlif sahələrdə “xidmət göstərmək” sadəcə erməniləri ruhlandırmaq üçün edilmir. Digər məqsəd balans yaradaraq rəsmi Bakıya təzyiq göstərməkdir. Hesab edirəm ki, Rusiyanın Qarabağdakı oyunları Moskvanın postsovet ölkələrinə təsir imkanı aradan qalxdıqdan sonra bitəcək. O zaman rus hərbçiləri ilə yanaşı, separatçılar da torpaqlarımızı tərk edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə