NATO-ya alternativ güc yaradılır
Yusif Nəzərli
23:27 15.11.2022
Aktual
392
Avropa İttifaqı siyasi və iqtisadi birlikdən əlavə həm də hərbi təşkilata çevrilmək niyyətindədir
“Avropa İttifaqının 5 min nəfərlik çevik reaksiya qüvvələri 2023-cü ilə yaradılmalı və işə salınmalıdır”. Bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel deyib.
Onun sözlərinə görə, Brüsseldə Aİ müdafiə nazirlərinin iclasında yaradılacaq hərbi birləşmənin fəaliyyətinin üsulları müzakirə ediləcək.
"Avropa İttifaqının çevik reaksiya qüvvələri 2023-cü ildə operativ fəaliyyətə hazır vəziyyətdə olmalıdır".
Qeyd edək ki, Aİ üzvü ölkələrin rəhbər şəxsləri tərəfindən bu təklif illərdir səsləndirilir. Bu dəfə isə Avropa İttifaqının ordu yaratmaq məsələsi konkret olaraq gündəmdədir. Avropa İttifaqı nə qədər çalışsa da, neçə illərdir ki, bu barədə fikirlər ortaya qoysa da, ortada bir nəticə yoxdur. Çünki Avropa İttifaqının vahid ordusunu yaratmaq üçün həmin dövlətlərin yalnız iqtisadi yox, həm də hərbi və geosiyasi maraqları üst-üstə düşməlidir.
Lakin son vaxtlar Avropa Birliyi ölkələrinin bir çox məsələlər üzrə yürütdüyü beynəlxalq siyasətin ABŞ-ın xarici siyasəti ilə üst-üstə düşməməsi, müttəfiqlik tələblərinin pozulması fonunda münasibətlər xeyli gərginləşib.
Siyasi şərhçi Əziz Əlibəylinin “Şərq”ə açıqlamasına görə, xüsusən də Rusiya- Ukrayna müharibəsindən sonra Avropa İttifaqına üzv olan ölkələr gördülər ki, Birliyin hərbi müdafiəsi yoxdur:
“Məhz özünümüdafiə məqsədi ilə İttifaqa üzv olan ölkələrin hərbi birləşmələrindən ibarət vahid ordu yaratmaq niyyətinə düşdülər. Bu isə mümkün olmadı. Buna qarşı olan qüvvələrdən biri Rusiya olsa da, ən güclü rəqib Amerika Birləşmiş Ştatlarıdır. Avropa ölkələrinin böyük əksəriyyətində ABŞ-ın hərbi bazaları var. Hərbi məsələlərlə bağlı bütün qərarları da onlar özləri verir. Bütün bunlara rəğmən Avropa İttifaqının NATO-ya rəqib hərbi birləşmə yaratması real məsələdir. Ötən ay baş tutan Praqa sammitində də biz şahidi olduq ki, Avropa İttifaqı siyasi və iqtisadi birlikdən əlavə həm də hərbi təşkilata çevrilmək niyyətindədir. Xüsusən də Almaniya və Fransanın bu məsələdə maraqları daha böyükdür. Hərbi silahlar baxımından, silahlı qüvvələrin yaranması baxımından əsas rol oynaya biləcək əsas dövlətlər də məhz Almaniya və Fransadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: bu gün daha 10 oyun baş tutacaq
11:07 29.09.2026
Futbol
Qarabağ Universitetinin müəllimi həbs olundu - Səbəb
10:54 29.09.2026
Hadisə
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya