Nə qədər demək olar axı! - “Ölkəyə keyfiyyətsiz dərmanlar gətirilir”
Yusif Nəzərli
13:38 21.09.2022
Aktual
573
“Azərbaycanda dərman istehsalı yoxdursa, yüksək gömrük rüsumu, vergi dərəcələri tətbiq etmək yanlışdır”
“Bu gün ölkədə satılan dərmanların qiymətinin tərkibində ən azı 30 faizi vergilər və rüsumlardır. Nəticə etibarilə qiymətlər yüksək, keyfiyyət isə aşağıdır"
"Azərbaycan bazarının 90-95 faizi xaricdən gələn dərmanlardan asılıdır. Hamı, o cümlədən deputatlar, məmurlar dərmanların qiymətinin yüksək, keyfiyyətinin isə aşağı olması barədə fikir bildirir. Amma səbəbləri başqadır".
Bunu "Sherg.az"a açıqlamasında dərmanların qiymət və keyfiyyətindən danışarkən iqtisadçı Natiq Cəfərli deyib.
Ekspertin qənaətincə, Tarif Şurasının əvəzinə ölkədə güclü rəqabət mühiti yaradılmalıdır, qiymətləri rəqabət təyin etməlidir:
"Dərman preparatlarının qiymətini molekullar üzrə Tarif Şurası müəyyənləşdirir. Eyni molekulun istehsalçısı olan bir neçə ölkə var. Ən ucuz və keyfiyyətsiz molekuldan hazırlanmış dərmanların ölkəyə gətirilməsinə şərait yaranır. Səbəb isə Tarif Şurasının məsələyə müdaxiləsidir. Digər problem isə gömrük rüsumları ilə əlaqəlidir. Ölkədə dərman istehsalı yoxdursa, yüksək gömrük rüsumu, vergi dərəcələri tətbiq etmək yanlışdır. Bu gün ölkədə satılan dərmanların qiymətinin tərkibində ən azı 30 faizi vergilər və rüsumlardır. Nəticə etibarilə qiymətlər yüksək, keyfiyyət isə aşağıdır".
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda dərmanların keyfiyyətindən və qiymətindən narazılığını bildirib. Parlamentari komitənin iclasında deyib ki, dərmanların əlçatanlığı və keyfiyyəti ilə bağlı xeyli problemlər mövcuddur. Payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti ilə bağlı dinləmə keçirilməsini təklif edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol