“Orqan mafiyası” ilə bağlı məlumatlara RƏSMİ MÜNASİBƏT BİLDİRİLDİ
Fidan Həmişəyeva
13:34 20.02.2020
Aktual
417
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya insan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstə tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ailə üzvlərinin icazəsi olmadan ölən şəxsin meyitinin daxili orqanlarının satış məqsədi ilə çıxarılması üçün əməliyyat olunmasına dair əsassız məlumatlar yayılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən birgə məlumata görə, açıqlamada deyilir:
“İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, cari il fevralın 13-də saat 11 radələrində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Hüseyn Mirzəyevin hündürlükdən yıxılması nəticəsində aldığı xəsarətlərlə “qapalı kəllə-beyin travması, daxili qanaxma” diaqnozu ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına daxil olması və həmin gün saat 15 radələrində orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hüseyn Mirzəyevin meyiti “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biləsuvar rayon şöbəsinin təşrih otağında məhkəmə-tibb eksperti tərəfindən prokurorluq və polis əməkdaşlarının, eləcə də mərhumun ailə üzvlərinin iştirakı ilə xarici və daxili müayinə olunub.
Meyit daxili müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilib, mərhum rayonun Bəydili kənd qəbiristanlığında dəfn olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm