Paşinyan ATƏT sədri ilə görüşdü

Aprelin 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Laçın yolundakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və regional məsələləri müzakirə ediblər.