Paşinyan regionda çox ciddi strateji səhvlər edir

Türkiyə və Rusiyanın əleyhinə olaraq Fransa hərbiçilərini regionda yerləşdirməsi, Ermənistanın blokadada qalmasına səbəb olacaq
"İran Zəngəzur dəhlizinə qarşı olduğunu  Ermənistandakı səfiri vasitəsilə bəyan edir". 
"Sherg.az" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını və bunun beynəlxalq geosiyasi bir layihə olduğunu vurğulayıb: 
"Bununla bağlı Azərbaycan dəmir yol və avtomobil yolunun çəkilişini davam etdirir. Göründüyü kimi, Tehran rejimi məhz Zəngəzurda Ermənistanla birgə Azərbaycana qarşı təxribatlara hazırlaşır. İranın SEPAH  (İnqilab Keşikçiləri korpusu) bu istiqamətdə Ermənistan kəşfiyyat qrupu ilə təlimlər keçirir. İranın və Ermənistanın bu təxribatlarına qarşı Azərbaycan və Türkiyə ciddi cavab verəcək. Və nəticədə Zəngəzur dəhlizi Azərbaycanın nəzarətinə keçə bilər. Fransa da Avropa İttifaqının tərkibində öz hərbiçilərini Zəngəzur istiqamətində yerləşdirməyi planlaşdırır. Bu, Ermənistan Baş naziri Nikol Paşinyanın planıdır. Paşinyan regionda çox ciddi strateji səhvlər edir. Türkiyə və Rusiyanın əleyhinə olaraq Fransa hərbiçilərini regionda yerləşdirməsi, Ermənistanın blokadada qalmasına səbəb olacaq. Ermənistan rəhbərliyi sülh prosesindən yayınmaqla riskli gedişlər edir. Və riskli oyunlar Ermənistan üçün uduşlu olmayacaq. Paşinyan Azərbaycanla sülh müqaviləsindən yayınmaqla prosesi davam etdirməsi növbəti hərbi zərbəyə məruz qala bilər".