Pelosinin İrəvan səfəri! – “Rusiyanın Paşinyanı devirməsinə imkan verməyəcəyik mesajı...”
Yusif Nəzərli
10:45 19.09.2022
Aktual
538
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşüb. Spiker İrəvanda keçirdiyi mətbuat konfransında qeyd edib ki, ABŞ nümayəndələrinin Ermənistana səfərdə məqsədi hərbi planda hansı əməkdaşlığın mümkünlüyünü anlamaqdır.
Pelosinin səfərinin Nikol Paşinyana dəstək üçün olduğunu deyən siyasi şərhçi Turab Rzayeb “Sherg.az”a bildirib ki, bununla Qərb Rusiyanın Paşinyanı devirməsinə və çevriliş etməsinə imkan verməyəcəyini açıq şəkildə bəyan etmiş oldu:
“Mən bu açıqlamaların birbaşa Azərbaycanla əlaqəli olduğunu düşünmürəm. Düzdür, arasında bizə aid olan məqamlar da var. Lakin Pelosinin səfərinin bizimli bağlı olmasından daha əhəmiyyətli məqamları var. Məlum səfərlə Qərb Paşinyanı qoruyacağını bildirdi.
Bu ABŞ-ın Ermənistan baş nazirinə göstərdiyi diqqətin aşkar nümunəsidir. Məğlubiyyətə baxmayaraq Paşinyan hakimyyətini dəstəkləyən xalqa da açıq şəkildə rəsmi Vaşinqtonun bu kursu dəstəklədiyi mesajı ötürülümüş oldu. Rusiyanın qaz puluna möhlət vermək və digər məsələlərlə bağlı verdiyi açıqlama onun bu prosesdən qıcıqlandığını göstərir. Amerikalı spikerin gəlməsindəki digər məsələ isə Paşinyanın ətrafındakı qüvvələrin lobbiçilik fəaliyyətinə pullar xərcləməsidir. Ancaq istənilən halda Ermənistan baş naziri ilə erməni lobbisi arasında ciddi münasibət fərqi var. Burada ABŞ erməni lobbisinə yox birbaşa Paşinyana dəstək verir. Digər tərəfdən Pelosinin bizə qarşı işlətdiyi “Azərbaycan Ermənistana təcavüz edir. Buna görə də qətnamələr qəbul edilməlidir” kimi sözlər xoş deyil.
Bu məsələdə biz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Azərbaycan Respublikasının maraqları aydın şəkildə müəyyənləşdirilməli və ABŞ -la münasibətlər bu prizmadan qurulmalıdır. Rəsmi Bakını Rusiyanın və ya Avrasiya İttifaqının bir hissəsi kimi göstərərək Amerikaya qarşı mövqeyləndirmək isə doğru seçim olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol