Politoloq: Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur
13:26 12.06.2025
Aktual
360
Elçin Xalidbəyli: Bersenin fikirləri pozitiv məzmunlu proseslərə kobud müdaxilə xarakteri daşıyır
Bu mövzu bizi çoxdan maraqlandırır. Mən Baş nazir Paşinyanla hələ çox əvvəl – Ermənistanın sazişin şərtlərini qəbul etdiyi vaxtdan danışmışam. Həmçinin fürsətim olub Azərbaycan hakimiyyəti ilə də bu barədə danışam – onlara bildirmişəm ki, biz bu məsələ ilə bağlı irəliləmək istəyirik, siz də maraqlısınız ki, aydınlıq və sabitlik olsun və Ermənistan bu istiqamətdə olduqca vacib bir addım atıb.
Bu sözləri Avropa Şurasının Baş katibi Alen Berse Avropa Birliyinin Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanması prosesinə dair "Birinci kanal"a verdiyi müsahibəsində danışıb.
“Avropa Şurası bu qərarın reallaşmasını necə təmin edə bilər?” sualına cavab olaraq Berse bildirib ki, bu məsələ onların diqqətindədir:
“Düşünürəm ki, Avropa Şurası bu mövzularda dialoq platforması təklif etməklə də rol oynayır. Məsələn, az öncə Türkiyədə idim, burada da bu məsələ, Ermənistanın qonşusu olaraq, gündəmdə idi. Türkiyədə də sülh sazişinin tez bir zamanda imzalanmasının vacibliyindən danışdım.
Risklərdən biri odur ki, bu müzakirə Cənubi Qafqazda çox vacib olsa da, dünyada bir qədər unudula bilər. Bizim məqsədimiz bu məsələnin əhəmiyyətini xatırlatmaq, müzakirələri davam etdirmək və nəhayət, bir son nöqtəyə çatmaqdır – əgər belə demək mümkündürsə, Azərbaycana dostcasına təzyiq göstərməklə”.
O qeyd edib ki, proses yavaş getsə də, irəliləyiş var.
“Son aylarda kifayət qədər irəliləyiş əldə olunub. Hazırkı problemimiz prosesin çox yavaş getməsidir, lakin hər halda irəliləyiş var. Əgər hər şey tamamilə dayansaydı, bu məni narahat edərdi. Yəni bu hərəkəti saxlamaq lazımdır ki, hər şey imzalanmaya doğru getsin – ümid edirəm, bu mümkün qədər tez baş verəcək”, – deyə Avropa Şurasının baş katibi bildirib.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, AŞ-nin Baş katibinin açıqlaması kifayət qədər məntiqsiz, absurd və qərəzli xarakter daşıyır:
"Alen Bersenin fikirlərində ermənipərəst mövqenin yenidən ön plana keçməsi, aktivləşməsinə olan cəhdləri müşahidə edirik. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması AŞ-yə aidiyyəti olan bir məsələ deyil. Çünki ümumiyyətlə Qərbin hər hansı bir qurumu, o cümlədən dövləti Cənubi Qafqazdakı sülh prosesində vasitəçilik göstərmir. Ən önəmli məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin israrla Ermənistana qəbul etdirdiyi ikitərəfli danışıqlar formatı uğurla nəticələnib. Həmçinin rəsmi Bakı sülh danışıqlarına kənar şəxslərin müdaxiləsinin qarşısını aldı. Bu uğurda Azərbaycandan başqa hər hansı dövlətin və ya beynəlxalq qurumun payı yoxdur".
Analitik qeyd edib ki, Bersenin fikirləri pozitiv məzmunlu proseslərə kobud müdaxilə xarakteri daşıyır:
"Azərbaycana heç bir dostcasına təzyiq göstərməyə ehtiyac yoxdur. Rəsmi Bakı hər hansı xarici gücün və ya dövlətin təzyiqlərinə boyun əyəcək deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual