Politoloq: “Münhendə baş verənlər problemin həlli ilə bağlı ciddi diplomatik addımdır”
Fidan Həmişəyeva
09:19 19.02.2020
Aktual
558
"Hazırda ölkəmiz dünyada həm enerji resursları, həm geosiyasi baxımından mühüm rola malikdir. Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı da həyata keçirdiyi görüşlər bu istiqamətdə Azərbaycan üçün əhəmiyyətlidir”. Bu fikirləri Sherg.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O, bildirib ki, ölkə başçısının həyata keçirdiyi siyasətin əsası ölkə reallıqlarını, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla bağlıdır:
“Azərbaycanın bu istiqamətdə iqtisadi əlaqələrini genişləndirməsi, siyasi münasibətlərini sıxlaşdırması nəticəsində dünyada artan rolu Qərb ölkələrinin də diqqətindən yayınmır”.
Ölkə başçısının Münhen Təhlükəsizlik Konfransında iştirakı və orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə çıxışına toxunan F.Sadıqov söyləyib ki, Münhendə baş verənlər problemin həlli ilə bağlı ciddi diplomatik addımdır:
“Prezident İlham Əliyev fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağlı bağlı aparılan müzakirələrdə etdiyi çıxışı ilə zərbəni təkcə Paşinyana deyil, Ermənistana qarşı yönəltdi. Artıq Ermənistanın bir sıra siyasətçiləri, ekspertləri, mədəniyyət xadimləri Paşinyana qarşı çıxış edirlər. Bu da Ermənistan baş nazirinin reytinqinin daha da aşağı düşdüyünü göstərir. Ermənistan cəmiyyəti artıq anlayır ki, onlara rəhbərlik edən şəxs zəif və siyasətdən uzaq bir şəxsdir”.
Politoloq qeyd edib ki, Ermənistan baş nazirinin debatdakı bir sıra bəyənatları ölkəsi üçün çox böyük zərbə idi:
“Onun xüsusilə də Azərbaycan topaqlarında erməni qoşunlarının olmaması ilə bağlı fikirlərinə Azərbaycan Prezidenti tərəfindən Paşinyanın oğlunun həmin torpaqlarda xidmət etməsi faktını ortaya qoyması Ermənistanda xoş qarşılana bilməzdi. Bütün bunlar əlbəttə ki, Azərbaycan diplomatiyasının xeyrinədir”.
Ekspert vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini Avropa ölkələrinin yüklsək səviyyəli rəsmiləri də qəbul edir:
“Belə olan halda, hesab edirəm ki, Münhen debatından sonra Azərbaycan münasibət daha da müsbət olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət