Politoloq: "Qoşulmama Hərəkatının üzvlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər"
Turan
09:40 28.10.2019
Aktual
780
“Qoşulmama Hərəkatəı kimi dünya siyasətində özünəməxsus rolu olan siyasi quruma üzv olmaq və sədrlik etmək təqdirəlayiqdir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Ekspert bildirib ki, Hərəkata üzv olan ölkələr Dağlıq Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstək nümayiş etdirməlidirlər:
“Bu, o zaman bizim üçün həqiqi uğur sayıla bilər. Hərəkata sədrlik, diplomatik dəstək baxımından Dağlıq Qarabağ münaqaişəsinin sülh yolu ilə həllinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində daha bir addımdır. Lakin bu gün BMT-nin qətnamələrinə məhəl qoyulmursa, Hərəkata qoşulan bir qrup ölkənin iradəsinin nəyisə həll edəcəyinə inanmaq olmaz. Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun iki üzvü NATO-ya üzv olan ölkələrdir və onlar bu hərəkata üzv deyil, belə olan halda bu Hərəkatın qəbul etdiyi qərarlar lider ölkələrə çətin ki, təsir göstərə bilsin. ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr özlərinin qəbul etdiyi qərarlara nəzarət edə bilmirsə, bu Hərəkatın qəbul etdiyi qərarlar onlar üçün heç bir təsirə malik olamayacaq. Lakin hər bir halda Qoşulmayanlar Hərəkatının üzvləri arasında nüvə ölkələri, dünya siyasətində müəyyən söz sahibi olan ölkələr də var. Onların Azərbaycanın ərazi bütövlüyünü tanınması təqdirəlayiq addımdır”.
Analitikin sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq:
“Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm