Polkovnik-leytenantın 15 yaşlı qızı: “Dünya səsimizi eşitməli idi” - VİDEO
Yusif Nəzərli
14:11 11.10.2021
Aktual
349
Ötən il erməni terrorçularının Gəncədə mülki əhalini atəşə tutması hər bir azərbaycanlıya ağır təsir etmişdi
Hətta uşaqlar da buna biganə qalmamışdı. 15 yaşlı Fidan Umudova mülki əhalinin terrorçular tərəfindən öldürülməsinə etiraz olaraq bütün dünyaya ingilis dilində müraciət ünvanlamışdı. O, bütün dünyanı ədalət naminə ermənilərin vəhşiliyinə göz yummamağa çağırmışdı.
Həmin müraciəti təqdim edirik:
“Salam, dünya. Mənim adım Fidan Umudovadır. Mən Azərbaycanda doğulmuşam, burada yaşayıram və bu gün ölkəmizdə yaranmış vəziyyət haqqında, xüsusən torpağımın dinc əhalisinin erməni terrorçuları tərəfindən hücumlara məruz qalması haqqında danışmaq istəyirəm.
Ondan başlamaq istəyirəm ki, biz işğal olunmuş ərazilərimizin 20 faizini təxminən 30 ildir geri qaytarmağa çalışırdıq. Biz 30 ilə yaxındır ki, bu münaqişənin sülh yolu ilə həll olunmasında dünya birliyindən yardım gözləyirdik. Ancaq Ermənistan tərəfi bir neçə dəfə cəhd göstərdi ki, bizim mövqelərimizə hücum etsin.
Ona görə də biz cavab verdik və tarixi torpaqlarımızı müharibə yolu ilə geri qaytarmağa başladıq. Ordumuz rayonları, şəhərləri, kəndləri geri qaytarırdı və bu faktla razılaşmayan erməni təcavüzkarları Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməyə başladılar.
Bu şəhərlər hərbi əməliyyatlar zonasından kənarda idilər. Dinc əhali yatarkən bu zərbələr gecə tətbiq olunurdu. Uşaqlar da daxil olmaqla bir çox qurbanlar oldu. Bu, artıq müharibə deyil, terrorizm idi. Dünya birliyi buna göz yumurdu. Artıq biz susmadıq. Bütün dünya səsimizi eşitməli idi. Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Fidan Umudova Şöhrət ordenli Əməkdar məşqçi, tanınmış idman mütəxəssisi, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudovun qızıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı