Prezident büdcə dəyişiklikləri ilə bağlı fərman imzaladı
14:58 12.11.2019
Aktual
430
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1682-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 12, maddə 2568) ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:
“2.1.13. növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.”.
1.2. 3-cü hissənin adından “üsulu” sözü çıxarılsın;
1.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddinə tətbiq olunan məhdudiyyətlər
4.1. İcmal büdcə xərclərinin bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi aşağıdakı düsturla hesablanır:
Düstur 5:
İX = İXct * (1 + İpn%)*(1 + 3%)
burada:
İXct – cari ilin təsdiq olunmuş icmal büdcə xərcləri;
İpn – növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.
4.2. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi bu Qaydanın 4.1-ci bəndinə uyğun hesablanmış həddən az olduqda, bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış məbləğ icmal büdcə xərclərinin yuxarı həddi kimi qəbul edilir.
4.3. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddi əsasında növbəti büdcə ili üçün proqnozlaşdırılan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti növbəti büdcə ili üçün hədəflənən göstəricidən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi növbəti il üçün hədəflənən nisbət göstəricisinə uyğun həddə azaldılır.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2019-cu il oktyabrın 1-dən tətbiq edilir”.
Qeyd edək ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 7, maddə 505; 2012, № 6, maddə 528; 2014, № 8, maddə 958; 2016, № 11, maddə 1777; 2017, № 1, maddələr 18, 32; 2018, № 8, maddə 1671, № 12 (I kitab), maddə 2500; 2019, № 8, maddə 1365) 11-1.2-ci maddəsinə “icmal büdcə xərclərinin” sözlərindən sonra “növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2019-cu il oktyabrın 1-dən tətbiq edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual