
Quldurları verib, mina xəritələrini ala bilərik? - Düzgünlüyü yoxlanılmalıdır...
Yusif Nəzərli
11:30 16.10.2023
Aktual
474
Son günlər erməni mediasında yayılan xəbərlərə görə tutulan separatçılar Azərbyacan tərəfi ilə mina xəritələri qarşılığında dəyişdirilə bilər. 44 günlük müharibədən bu yana mina xəritələri mövzusu hər zaman diqqət mərkəzində olub.
Müharibədə məğlub olduqlarını anlayan seperatçılar ərazinin çox hissəsini minalayıblar. Doğrudur, tarixi qələbəmizdən bu yana Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən bölgədə xeyli təmizləmə işləri görülüb. Lakin buna baxmayaraq ərazidə hələ də kifayət qədər zərərsizləşdirilməmiş mina qaldığı məlumdur. Bu konteksdə Azərbaycan tərəfin separatçılarla mina xəritələrini dəyişmək məsələsinə münasibəti ictimaiyyətdə böyük maraq doğurur.
Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi-siyasi ekspert Telman Qasımov bildirib ki, mina xəritələrinin verilmə məsələsi 44 günlük müharibədən sonra hər zaman gündəmdə olub:
“44 günlük müharibədən qısa müddət sonra Azərbaycan tərəfi ilə separatçılar arasında bu məsələdə razılaşma əldə edilmişdi. O zaman verilən xəritələrin 70-80 faizi heç uyğun gəlmədi. Qondarma rejimin nümayəndələri bu məsələdə də yalana əl atdılar. Əgər yenidən sözügedən mövzuda razılaşma olacaqsa, Azərbaycan tərəfi daha diqqətli davranmalıdır. Həbs olunmuş əlisilahlı quldurları təhvil verməzdən öncə xəritələrin düzgünlüyü yoxlanılmalıdır”.

Siyasi ekspert 44 günlük müharibə zamanı xəritələrin saxlandığı qərargahların Azərbaycan ordusu tərəfindən darmadağın olunduğunu vurğulayıb:
“Əsas məqam xəritələrin həmin qərargahlarda məhv olması, yoxsa quldurlar tərəfindən geri çəkilərkən özləri ilə götürməsidir. Hazırda proseslərin içərsində iştirak edən əsas quldur başçıları Azərbaycanın əlindədirlər. Onlar hər şeyi yaxşı bilirlər. Mina xəritələrinin harada olduğu barədə mütləq məlumatlıdırlar. Mina xəritələrinin əsgər səviyyəsində olan bəzi quldurlarla dəyişdirilməsi yaxşı fikirdir. Zərərsizləşdirilməmiş hər bir mina Azərbaycan vətəndaşı üçün təhlükə mənbəyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya