
“Rəsmi Ankaranı siyasətindən döndərməyə çalışırlar”
Yusif Nəzərli
12:49 14.11.2022
Aktual
451
“Türkiyənin Qarabağ münaqişəsinin həllində rolu və Mərkəzi Asiyaya doğru nüfuzunun getdikcə yayılması da dünya güclərinin xoşuna gəlmir”
“Lakin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində olan Türkiyə heç bir zaman belə şantajlara boyun əyəsi deyil”
“Düşünürəm ki, bunun ardından Türkiyə İraqdakı və Suriyadakı antiterror əməliyyatlarını daha da genişlədəcək”
Dünən Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış olub. Baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, yaralıların sayı 81 nəfərə çatıb. Hadisəni törədən suriyalı qadın artıq həbs edilib.
Qeyd edək ki, partlayışın YPG və PYD terror qruplaşmaları tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Türkiyənin bölgədə terrora qarşı mübarizə aparan ən ciddi və yeganə dövlət olduğunu deyən “Avropa.info" saytının baş redaktoru Ruslan Bəşirli "Sherg.az"a bildirib ki, rəsmi Ankaranın siyasi arenada apardığı layihələr bəzi qüvvələri narahat edir:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti terrora qarşı ardıcıl əməliyyatların aparılması ilə diqqət çəkir. Onlar illərdir ki, PKK ,İŞİD, PYD kimi qruplaşmalara qarşı döyüşməyə davam edirlər. Son illərdə isə terror aktları səngimişdi. Bu isə Türkiyənin ciddi əməliyyatlar aparmasından və ölkə daxilini, demək olar, təmizləməsindən irəli gəlirdi. Bir neçə il dayandıqdan sonra, yenidən terror hadisəsinin baş verməsi isə siyasi proseslərdən irəli gəlir. Son illərdə Türkiyənin Ukrayna-Rusiya savaşı ilə bağlı yürütdüyü sülh siyasəti, taxıl böhranını aradan qaldırması və Rusiya qazının Avropaya ixracına verəcəyi töhfə kimi layihələr bəzi qüvvələri narahat edir.
Rəsmi Ankaranı siyasətindən döndərməyə çalışırlar. Digər tərəfdən Türkiyə Orta Asiyada da ciddi rol oynayır və türk dövlətlərini bir araya gətirir.
Onun Qarabağ münaqişəsinin həllində rolu və Mərkəzi Asiyaya doğru nüfuzunun getdikcə yayılması da dünya güclərinin xoşuna gəlmir. Ona görə də Ankaraya qarşı müəyyən təzyiqlər etməyə çalışırlar. Lakin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində olan Türkiyə heç bir zaman belə şantajlara boyun əyəsi deyil.
Düşünürəm ki, bunun ardından Türkiyə İraqdakı və Suriyadakı antiterror əməliyyatlarını daha da genişlədəcək. Bu isə həm ölkə daxilində, həm də ölkədən kənarda terrorun kökünü kəsməyə hesablanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət