Roma-Bakı münasibətləri ən yüksək səviyyədədir: "Bu əlaqələr daha da inkişaf edəcək"
Fidan Həmişəyeva
10:35 21.02.2020
Aktual
442
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin,İtaliya Respublikasına dövlət səfəri çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirilib, siyasi, iqtisadi, müdafiə, mədəni,turizm,enerji, kosmik və digər sahələr üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanıb”.
Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşılanma mərasimindən tutmuş, müzakirə olunan məsələlərin geniş spektri, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir:
“İtaliya, dünyanın 7- ci, Avropanın 4- cü iqtisadiyyatına sahib olmaqla , “Böyük yeddilik”in” üzvüdür. Özünəməxsus qədim tarixə və mədəniyyətə malikdir. Paytaxtı Roma şəhərində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin heykəli qoyulub.
Bugünkü mətbuat konfransında İtaliya Respublikasının Prezidenti cənab Serjo Mattarelanın, 2020 - ci ilin İtaliyada “Azərbaycan ili” elan edilməsi ilə bağlı bəyanatı, düşünürəm ki, hər birimizin ürəyincə oldu. Bu da faktdır ki, son illər Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, Cənub Qaz dəhlizinin bir qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Aralarında erməni lobbisinin də fəal şəkildə iştirak etdiyi maneələr aradan qaldırıldı və yaxın vaxtlar da tikinti başa çatacaq. TAP-ın istifadəyə verilməsi isə, Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi nüfuzunu da artıracaq. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasətin və beynəlxalq aləmdə şəxsinə olan inamın,hörmətin nəticəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm