
Roma statutu: Ermənistan Putini həbs etsə... AÇIQLAMA
12:39 13.02.2024
Aktual
549
Moskva Ermənistanın Roma statutuna qoşulması ilə əlaqədar olaraq, İrəvandan təminat almalıdır.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz artıq demişik ki, şübhəsiz, Ermənistanın bu beynəlxalq statuta qoşulması ilə əlaqədar yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Əlbəttə, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir, bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir və biz buna köklənmişik", - Kreml nümayəndəsi deyib.
Açıqlamaya münasibət bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Dmitri Peskovun açıqlamasında yer alan "Ermənistan və Rusiya arasında yeni reallıqlar yaranmışdır" sözünün pərdəarxasında müəyyən amillər mövcuddur:

"Məsələn, necə ki, Ermənistan Rusiyaya üçün Cənubi Qafqazda yeni reallıqlar yaradıb, eləcə də həmin gərçəyi Moskva İrəvan üçün yarada bilər. Yəni indiyə qədər Rusiya Ermənistanın nazı ilə oynayırdı. Eyni zamanda Rusiya Ermənistana qarşı ciddi şəkildə addımlar atmırdı. Peskovun açıqlaması ilk növbədə rəsmi İrəvanı Moskva ilə dialoqa çağırmaqdan ibarətdir. Həmin danışıqların isə əsas tərkib hissəsi Qarabağ probleminin qalmadığını, sərhədlərin delimitasiyası və demarkasiyası problemini Rusiyanın vasitəsilə həyata keçirilməsinin vacibliyini bildirməkdir. Rusiya dəfələrlə bunu Ermənistan tərəfinə söyləyib, amma qarşılığında rədd cavabı alıb. Nəticə etibarilə Peskovun açıqlaması Ermənistanın mövqeyini təyin etməsi və həmin mövqedə Rusiyanın yerini açıq şəkildə bildirməsi mənasına gəlir. Çünki söhbət Ermənistan iqtidarından deyil, Ermənistan dövlətindən gedir. Əgər Ermənistan doğrudanda Rusiya Prezidentinə qarşı həbs kimi fəaliyyət aparsa, bu Ermənistan dövlətinin yox olmasına gətirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi