
Rusiya Ukrayna müharibəsində artıq məğlub olub
Yusif Nəzərli
09:22 11.11.2022
Aktual
430
Cavabsız qalan yeganə sual müharibənin nə vaxt bitəcəyi və rəsmi Kiyevin hansı şərtlər çərçivəsində sülh müqaviləsi imzalamasıdır
Ukrayna qoşunlarının payızda Xersonu almaq üçün əks-hücum əməliyyatına başlaması öz effektini verməkdədir. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ukraynadakı qoşunların komandanı Sergey Surovikinin məruzəsindən sonra rus qoşunlarının Xersondan çıxarılmasına dair əmr imzalayıb. Artıq Xersondakı inzibati binalardan Rusiya bayraqları da götürülüb. Rusların Xersondan çəkilməsi haqqında müxtəlif iddialar səslənir. Ən çox səsləndirilən versiya bu geriçəkilmənin diplomatik müzakirələri başladacağı barədədir. Prinsip etibarilə Rusiya ilə ABŞ arasında diplomatik sferada müzakirənin getdiyi doğrudur. “Vol Strit Jurnal” nəşri də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə son bir ayda bir neçə dəfə gizli danışıq apardığını yazır. Sallivanın Putinin köməkçisi Yuri Uşakovla da danışdığı deyilir. Aydın məsələdir ki, danışıqların məqsədi eskalasiyanın daha da genişlənməsi riskinə qarşı birbaşa əlaqə kanalının açıq saxlanılmasıdır.
Ümumiyyətlə, Bayden administrasiyası Moskva ilə birbaşa əlaqəni milli təhlükəsizlik baxımdan vacib hesab edir. Bütün hallarda müharibə gec-tez bitməlidir və bunun üçün də birbaşa əlaqənin saxlanılması vacibdir.

Siyasi şərhçi Turan Rzayev "Şərq"ə deyib ki, Rusiya komandanlığının Xersondan çəkilmək əmri hərbi-taktiki baxımdan da doğru qərardır. Ekspertin fikrincə, əslində, proses Surovikinin “çətin qərarlar verə bilərik” açıqlamasından sonra başlamışdı. Çünki Ukrayna ordusu rus qoşunlarının əsas logistik kanallarını kəsməyi bacarıb:
"Hərbi-taktiki və diplomatik baxımdan rus qoşunlarının Xersonu tərk etməsi düzgün qərar olsa da, bu geriçəkilmə siyasi olaraq Rusiyanın prestijinə ciddi zərbə deməkdir. Məsələ ondadır ki, rəsmi Moskva cəmi 1 ay 10 gün əvvəl Xerson da daxil olmaqla işğal etdiyi Ukrayna ərazilərini təntənəli şəkildə Rusiya torpağı elan etmişdi. Bu gün isə həmin ərazilərdən geri çəkilmək məcburiyyətində qalır. Düzdür, bir-iki "banan respublikasını" çıxmaqla, heç kəs işğal edilən Ukrayna torpaqlarını Rusiya ərazisi olaraq tanımasa da, faktiki olaraq indi bütün dünya görür ki, Rusiya kimi nəhəng nüvə gücü öz ərazisi elan etdiyi torpaqları qoruya bilmir. Nüvə silahına əl atmağa isə cəsarət etmir. Nəticə etibarilə demək olar ki, Rusiya Ukrayna müharibəsində artıq məğlub olub. Hazırda cavabsız qalan yeganə sual müharibənin nə vaxt bitəcəyi və rəsmi Kiyevin hansı şərtlər çərçivəsində sülh müqaviləsi imzalamasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət