Rusiya XİN Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü barədə bəyanat yayıb
21:12 28.10.2019
Aktual
483
Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü barədə məlumat yayıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, məlumatda Bakıda keçirilən Zirvə görüşündə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşininin rəhbərlik etdiyi bildirilib.
“Zirvə görüşündə beynəlxalq gündəmdə olan aktural məsələlər diqqət mərkəzində olub. BMT Nizamnaməsinə ciddi şəkildə əməl edilməsinin və daxili işlərə qarışmamaq, güc tətbiq etməmək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn əsas normalarına riayət olunmasının vacibliyi vurğulanıb. Qoşulmama Hərəkatının potensialının gücləndirilməsinə, dövrümüzün çağırış və təhdidlərinə kollektiv cavab axtarmağın vacibliyinə xüsusi diqqət yetirilib. Müzakirələrin yekunu olaraq Qoşulmama Hərəkatının Bakı deklarasiyası qəbul olunub. Deklarasiyada Hərəkatın qarşıdakı üç ildə prioritet fəaliyyət istiqamətləri müəyyən olunub. Bundan başqa, Fələstinlə bağlı, eləcə də Boliviyadakı prezident seçkiləri- E.Moralesə dəstəklə bağlı birgə deklarasiyalar qəbul olunub.
S.Verşinin öz çıxışında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa və dünya siyasətinin beynəlxalq hüquqi əsasının möhkəmləndirilməsinə Rusiyanın yanaşmasını açıqlayıb.
Forum çərçivəsində S. Verşinin bir sıra ikitərəfli görüşlər də keçirib”-deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm