Saakaşvili Gürcüstana buraxılacaqmı? - ŞƏRH
Turan
08:28 30.03.2021
Aktual
450
"Saakaşvili həbs ediləcəyini bildiyi üçün Gürcüstana qayıtmağa risk etmir və hökumətdən təminat istəyir"
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili növbəti dəfə ölkəyə qayıtmaqla bağlı fikirlər səsləndirib. Sabiq prezident iddia edib ki, əgər Gürcüstana geri dönməyinə problem yaradılmazsa, ölkəyə qayıdaraq problemləri qısa müddətdə həll etmək iqtidarındadır. Saakaşvili Gürcüstanda kifayət qədər dəstəkçisinin olduğunu, gürcülərin onun yanında yer alacağını söyləyib: “Gəlin, eksperiment aparaq. Məni ölkəyə buraxsınlar, and içirəm ki, 24 saat ərzində küçələrdə mühafizəçilər olmadan gəzəcəm.
Xalqa fikirlərini sərbəst ifadə etmək imkanı verilsin. Niyə buna icazə verilmir? Bəlkə ona görə ki, Gürcüstan torpağına ayaq basan kimi hazırkı hakimiyyət xalqın ona dəstəyinin 5 faiz, mənə isə 70-75 faiz olduğunu görəcək”. Məlum olduğu kimi qonşu ölkədə siyasi gərginlik var və seçkidən sonra iqtidarla müxalifət arasındakı mübarizə davam etməkdədir. Ökədə genişmiqyaslı etiraz aksiyalarına start veriləcəyi də gündəmdədir. Təbii ki, belə vəziyyətdə Mixail Saakaşvilinin ölkəyə qayıtması proseslərə fərqli yön verə bilər.
Politoloq Əhəd Məmmədli “Şərq”ə vurğulayıb ki, sabiq prezident Gürcüstanı tərk edəndən sonra ölkədə xeyli seçki keçirilib. Siyasi şərhçinin sözlərinə görə, bu seçkilərin heç birində Saakaşvilinin dəstəklədiyi siyasi qüvvələr qələbə qazana bilməyib:
“Sonuncu prezident və parlament seçkisində Saakaşvilinin partiyası qalib olmadı. Əlbəttə, xaricdən proseslərə müdaxilə etməklə, ölkə daxilində fəaliyyət göstərmək eyni nəticəni vermir. Saakaşvili bu reallığı yaxşı dərk edir. Anlayır ki, şəxsən ölkəyə geri dönüşü ciddi ajiotaja səbəb ola bilər. Dəstəkçiləri, tərəfdarları daha da güclənər, toparlanar. Ancaq indiki iqtidar Saakaşvilini asanlıqla ölkəyə buraxmaz. Hətta 24 saatlıq icazə belə verməzlər. Sabiq prezidentə qarşı cinayət işi açılıb və sərhədi keçən kimi həbs olunacaq. Saakaşvili həbs ediləcəyini bildiyi üçün Gürcüstana qayıtmağa risk etmir və hökumətdən təminat istəyir”.
Ə.Məmmədli Saakaşvilinin iddia etdiyi kimi 75 faiz dəstəyə malik olduğunu zənn etmir:
“Əksinə, indiki iqtidarın daha çox dəstəyə malik olduğu qənaətindəyəm. Saakaşvilinin Gürcüstandakı sosial bazası ən yaxşı halda 15-20 faiz arasındadır. Ümumən, qərbyönlü siyasi qüvvələrin dəstəkçiləri 50 faiz civarındadır. Burada Saakaşvilinin payı 20 faizdən yuxarı deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya