
Səfirlərin görüşündə nələr danışılıb? - Analiz
Yusif Nəzərli
11:45 19.10.2023
Aktual
488
İran və Rusiya səfirləri - Seyid Abbas Musəvi və Mixail Evdokimov Bakıda görüş keçiriblər.
Bu barədə Abbas Musəvi X səhifəsində məlumat yayıb.
Diplomatlar İsrail-Fələstin münaqişəsi fonunda Qəzzada baş verən hadisələri, eləcə də Cənubi Qafqazdakı durumu müzakirə ediblər.
Azərbaycana akreditə olunmuş İran və Rusiya səfirlərinin görüşünün normal olduğunu deyən politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur:
"Çünki Rusiya ilə İranın həm Cənubi Qafqaza, həm Yaxın və Orta Şərqə, həm də Amerika il Avropa İttifaqına qarşı münasibətləri oxşardır. Hətta bir sıra hallarda eynidir. Bu baxımdan onların görüşü qeyri-adi deyil. Məsələn ABŞ-İran və ya ABŞ-Rusiya səfirləri Bakıda görüşsə idi, bu daha qeyri-adi olardı. Bu baxımdan ehtimal edirəm ki, səfirlər daha çox HƏMAS-İsrail hərbi qarşıdurmasını müzakirə ediblər. Həmçinin HƏMAS-ın perspektivdə müqaviməti davam etdirməsi qabiliyyətini, humanitar yardım və İsrail-Fələstin münasibətlərinə aydınlıq gətirə bilərlər".

Analitikin sözlərinə görə, Yaxın və Orta Şərqdə baş verənlərin Cənubi Qafqazdakı hadisələr ciddi təsiri yoxdur:
"Oxşarlıq Yaxın və Orta Şərqdəki aktorların Cənubi Qafqazda da aparıcı olmasıdır. Digər tərəfdən Cənubi Qafqazla bağlı müzakirə olunacaq məsələlər də az deyil. Burada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizi, "3+3" formatında əməkdaşlıq məsələsi və.s müzakirə oluna bilər. Yəni Tehran və Moskva arasında ortaq mövqedə olduqları çox məsələlər var. Həmçinin ola bilər ki, hər iki ölkənin səfiri dövlət başçılarının bir-birinə ötürəcəyi məsələləri də çatdırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya