
Separatçılar çıxılmaz vəziyyətdə! – “Bakının təklifi hələ qüvvədədir”
Yusif Nəzərli
13:36 11.04.2023
Aktual
740
Qarabağdakı separatçı rejimin nümayəndələri Rusiya sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə görüşün keçirilməsi barədə təklif göndərib. Bu barədə ermənidilli KİV-lər separatçılara istinadən məlumat yayıb.
Məlumata görə, separatçılar Rusiya sülhməramlılarının komandanlığı vasitəsilə Azərbaycan tərəfi ilə təxirəsalınmaz humanitar məsələləri müzakirə etmək istəyirlər. Lakin separatçılar görüşün Rusiya sülhməramlı kontingentinin dislokasiya yerində keçirməyi təklif edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası bir müddət öncə Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı təklif irəli sürüb.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ilk görüş mart ayının 1-də Xocalıda keçirilmişdi.

Separatçıların Bakıda görüşməkdən iki dəfə imtina edəndən sonra müraciət ünvanlamasını “Sherg.az”a şərh edən analitik Asif Nərimanlı bildirib ki, istəklərinin bir neçə səbəbi var:
“Beynəlxalq icimaiyyət qarşısında təmaslarda maraqlı olduqlarını nümayiş etdirirlər. Təmasları sülhməramlıların vasitəsilə qurmaqla reinteqrasiya prosesini qəbul etməmək və özlərini tərəf kimi göstərməyə çalışırlar. Ən mühüm detal görüşmək istəyən separatçıların çıxılmaz vəziyyətdə olmalarıdır.
Ordumuzun son əməliyyatları ermənilərin xarici aləmlə bağlantılarının nəzarətə götürülməsi ilə nəticələnib. Məlumatlara əsasən, yolları nəzarətə götürəndən sonra rəsmi Bakının son tələbi ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri olub.
Separatçılar erməni əhalisinin bu seçiminin qarşısını alır, lakin yolların bağlanması onların Qarabağdakı əhali üzərində təsir imkanlarını saxlamalarını da çətinləşdirir. Belə vəziyyətdə görüş təklifi ilə erməni əhalisinə “işləyirik” mesajını verir, həm də Ermənistanla əlaqələrinin bərpasına nail olmağa ümid edirlər. Azərbaycanın Bakıda görüş və reinteqrasiya məsələlərinin müzakirəsi; təklifi isə hələ qüvvədədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm