Sergey Lavrov: Rusiyada Azərbaycan günləri keçiriləcək

 "Biz Prezident İlham Əliyevlə görüşdə əlaqələrimizi kompleks şəkildə müzakirə etdik. Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var".
 Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, son dörd ayda Azərbaycan və Rusiya liderləri bir dəfə görüşüb, beş dəfə telefonla danışıblar.

"Mən özüm də tez-tez azərbaycanlı həmkarımla əlaqədəyəm",- deyə Sergey Lavrov bildirib.

O həmçinin qeyd edib ki, ölkələr arasındakı əlaqələri daha da yaxşılaşdırmaq üçün Rusiyada Azərbaycan günləri keçiriləcək.